Ulu Öndər Heydər Əliyevə həsr olunmuş anım tədbirləri keçirildi

11 dekabr 2012-ci il tarixində saat 11 00 da Mərkəzi kitabxanada “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” başlığı altında kitabxanaçılar, kitabxananın fəal oxucuları və ziyalıların iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Validə Məmmədova açaraq Heydər Əliyevin həyat yolu haqqında məlumat vermişdir. Sonra çıxış edənlər Ulu Öndərin xüsusi ilə mədəniyyət sahəsinə olan diqqət və qayğısı haqqında danışdılar. Sonda Ulu Öndərə həsr olunmuş kitab sərgisinə baxış oldu.

Elə həmin gün Lənkəran uşaq rəssamlıq məktəbində Ümummilli Lider Heydər Əliyivə həsr olunmuş rəsm sərgisi təşkil olunmuşdur.    

Tarix-diyarşünaslıq muzeyində “Heydər Əliyev və Azərbaycanda muzey ənənələri” başlığı altında açıq tarix dərsləri keçirilmiş, H.Aslanovun ev muzeyində “Heydər Əliyev və muzeylərimiz” başlığı altında muzey ziyarətçiləri ilə açıq söhbət təşkil olunmuşdur.

Mərkəzi kitabxanada Narkomaniya və QİÇS-lə mübarizə ila bağlı tədbir təşkil olundu

07 dekabr tarixində Mərkəzi kitabxananın oxu zalında kitabxanaçılar, gənclər və fəal oxucuların iştirakı ilə narkomaniya və QİÇS-lə mübarizə mövzüsunda maarifləndirmə tədbiri təşkil olundu. Tədbir çərçivəsində MKS-in direktoru Validə xanım Məmmədova çıxış edərək narkomaniyanın törətdiyi fəsadlardan və a ölümün bilavasitə QİÇS-in yayılmasında həledici rol oynaması haqqında məlumat verdi. Tədbirdə çıxış edən gənclər və oxuculat QİÇS-in insan orqanizmi üçün törətdiyi fəsadlar haqqında danışdılar və bu sahədə mübarizədə maarifləndirmənin böyük rolu olmasını vurğuladılar. Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər paylanıldı.

Mərkəzi kitabxanada Türkiyyə səfirliyinin kitab sərgisi təşkil olundu

Türkiyyə cümhuriyyətinin Azərbaycan respublikasındakı səfirliyi iki ölkə arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək, xüsusi ilə Azərbaycanın regionlarında mədəniyyət və kültür əlaqələrini dərinləşdirmək məqsədilə 24 noyabr tarixində Lənkəran şəhər Mərkəzi kitabxanasında Türkiyə səfirliyi tərəfindən kitab sərgisi təşkil olunmuşdur. Eyni zamanda kitabxananın zalında rayon ziyalıları və oxucularla görüş təşkil olunmuşdur. Görüşdə iştirak edən Türkiyyə cümhuriyyəti səfirliyinin Kültur və Tanıtım müşaviri Seyit Ahmet Arslan bəy ilk öncə qonaqları salamlamış və göstərilən təşkilatı dəstəyə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab T.Qaraşova öz təşəkkürünü bildirmişdir. Sonra çıxış edərək Türkiyyədə turizm sahəsində görülmüş işlər haqqında məlumat vermiş və gələcəkdə Azərbycanda və o cümlədən də Lənkəranda turizmin inkişafı ilə bağlı, Türkiyyədə bu sahədə olan təcrübə haqqında geniş məlumat vermişdir. Tədbir çərçivəsində Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən qonaqlar üçün rayonun görməli yerlərinə, muzeylərə və tarixi mədəni abidələrinə gəzinti turu təşkil olunmuşdur.

Mərkəzi kitabxanada “Korrupsiya ilə mübarizə hər kəsin vətəndaşlıq borcudur” və dövlət qulluqçularının etik davranış məsələləri ilə əlaqədar tədbir təşkil olundu

13 noyabr tarixində saat 1100 da Mərkəzi kitabxanada “Korrupsiya ilə mübarizə hər kəsin vətəndaşlıq borcudur” və dövlət qulluqçularının etik davranış məsələləri ilə əlaqədar kitabxana işçilərinin iştirakı ilə tədbir təşkil olundu. Tədbiri giriş sözü ilə Lənkəran MKS-nin direktoru Validə xanım Məmmədova açaraq respublikamızda bu sahədə olan qanunvericilik bazası və görülən işlər haqqında geniş məlumat verdi. Bu sahədə dərc olunan ədəbiyyat haqqında məlumat verdi. Sonra çıxış edən Mərkəzi kitabxananın xidmət şöbəsinin müdiri Xədicə Məmmədova korrupsiyanın mahiyyəti və onu doğuran səbəblər haqqında danışdı. Tədbirdə eyni zamanda dövlət qulluqçularının etik davranış qaydaları haqında söhbət açıldı. Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi İ.Əzimov Azərbaycan Respublikası Prezidentinin “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strateqiyanın təstiq edilməsi barədə” 28 iyul 2007-ci il tarixli 2292 № li Sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 31 oktyabr 2007-ci il tarixli 874 nömrəli, 19 dekabr 2008-ci il tarixli 610 nömrəli Əmrlərinin məzmunu ilə bir daha tədbir iştirakçılarının tanış etdi və bu sahədə görülən işlər haqqında məlumat verdi. Sonda tədbir iştirakçıları, oxucular çıxış edərək öz fikirlərini bildirdilər və hər bir vətəndaşın korrupsiya ilə üzləşdiyi halda öz vətəndaşlıq borcunu yerinə yetirib aydiyyatı orqanlara müraciət etmələrinin vurğuladılar.

 

Milli Müstəqillik günü qeyd olundu

Oktyabrın 16 –da saat 15 -00 da Mərkəzi kitabxanada Dövlət Müstəqilliyimizin 21 illiyi münasibətiylə kitabxanaçılar və oxcularla birlikdə Müstəqilliyimiz Əbədidir adlı dəyirmi masa ətrafında diskusiya keçirildi. Tədbiri giriş sözü ilə MKS-in direktoru V.Məmmədova açdı və Müstəqilliyimiz Əbədidir adlı məruzə oxudu. Sonra çıxışçılardan E.Dadaşlı ″Azərbaycan Respublikasının Dövlət Atributları″ mövzusunda çıxış etdi.Sonra S.Rzayeva ″Dövlət Müstəqilliyi ″haqqında çıxış etdi. Sonda ″Müstəqilliyimiz- Əbədidir, sarsılmazdır, dönülməzdir″ başlığı altında tərtib olunmuş sərgiyə baxış keçirildi.

Narkomaniya ilə mübarizə mövzüsunda tədbir tşkil olundu

09 oktyabr 2012-ci il tarixində saat 11 00 da Lənkəran şəhər Mərkəzi kitabxanasında narkomaniya ilə mübarizə çərçivəsində “Zərərli adətlərə yox deyək” başlığı altında maarifləndirici seminar təşkil olunmuşdur. Seminarda narkotiklərin, alkoqollu içkilərin törətdiyi fəsadlar haqqında geniş məlumatlar verilmişdir. Xüsusi ilə müasir dövrün bəlası olan “Ağ ölümün” müasir gənclər arasında yayılma səbəbləri və bu sahədə maarifləndirmə işinin aparılması haqqında diskussiya aparılmışdır. Tədbir çərçivəsində kitab sərgisi qurulmuş, narkomaniya və AİDS-ə qarşı əyani vəsaitlər paylanılmışdır

"Beynəlxalq Sülh Günü" ilə bağlı dəyirmi masa təşkil olundu

Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili OMBUSMAN nın təşəbbüsü ilə keçirilən “Sülh aylığı” çərçivəsində Mərkəzi kitabxanada 06 sentyabr 2012-ci il tarixində saat 12:00 da “Biz sülh istəyirik” başlığı altında dəyirmi masa təşkil olundu. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın direktoru Validə Məmmədova çıxış edərək bu əlamətdar günün tarixi haqqında qısa məlumat verdi və məruzə üçün sözü Q.Vəliyev adına şəhər Mədəniyyət Mərkəzinin metodisti Ağacəfər Fətullayevə verdi. A.Fətullayev çıxış edərək respublikamızda sülh mədəniyyəti barədə məlumat verdi. Sonra MKS-in kitabxanaçısı Şəfa Cabbarlı, kitabxana filialı müdiri Şərafət Rzayev, şair publisist Ağamir Cavad çıxış edərək azərbaycanda sülh mədəniyyəti və milli mənəvi dəyərlərimiz haqqında məlumat verdilər. Şair publisist Ağamir Cavad çıxış edərək sülh mövzüsunun azərbaycan poeziyasında mühüm yer tutduğunu və azərbaycan xalqının tarixən sülhsevər xalq olduğu haqqında şöhbət açdı. Tədbirin sonunda məktəblilərin ifasında sülhə, vətənpərvərliyə aid şeirlər səsləndirildi. Tədbir bir saat yarım davam etdi.

Mərkəzi kitabxanada narkomaniya ilə mübarizə mövzüsunda tədbir təşkil olundu

Bu gün Lənkəran Mərkəzi kitabxanasında “Narkomaniya əsrin bəlasıdır” başlıqı altında tədbir təşkil olundu. Tədbirdə narkomaniyanın insan orqanizminə verən fəsadlar haqqında geniş söz açıldı bu bəlanın mübarizəsində xüsusi ilə gənclərin narkomaniyadan uzaq olmaları üçün təbliğat işlərinin daha da geniş aparılmasının zəruriliyi vurğuladı.

Lənkəranda Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş konfrans təşkil olundu

2012-ci il may ayının 18-də Lənkəran şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Milli Kitabxana Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsi ilə birlikdə Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş konfrans, elektron məlumat bazasının təqdimatı və “Mirzə Ələkbər Sabir-150” adlı kitab sərgisi keçirmişdir.

Milli Kitabxananın direktoru, fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov tədbiri açaraq iştirakçıları salamlamış, konfransı açıq elan etmişdir. O, böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinin əhəmiyyətini qeyd edərək bu tədbirlərin silsilə olaraq regionun bir sıra rayonlarında keçiriləcəyini bildirmişdir.

Sonra Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vasif Fərzullayev böyük Sabirin yubileyinin belə möhtəşəm səviyyədə keçirilməsinin Lənkəran üçün də böyük bir töhfə olduğunu qeyd etmişdir. O, bildirmişdir ki, bu gün Lənkəran ictimaiyyəti, böyüməkdə olan gənc nəsil və kitabsevərlər üçün əsl bayramdır.

Şairin həyat və yaradıcılığı barədə Sabirşünas alim, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu çıxış etmişdir. Alxan müəllim M.Ə.Sabirin həyat və yaradıcılığı haqqında konfrans iştirakçılarına geniş məlumat vermiş, şairin həyatından əsas faktlar barədə danışmışdır.

Sonra Milli Kitabxananın direktor müavini, Əməkdar mədəniyyət işçisi Mələk xanım Hacıyeva M.Ə.Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş Elektron məlumat bazasını konfrans iştirakçılarına təqdim etmişdir. Mələk xanım elektron bazada şairin həyat və yaradıcılığı, görkəmli şəxslərin Sabir haqqında fikirləri, şairin kitabları, məqalələri, haqqında olan kitablar, dövri nəşrlər, Sabir incəsənətdə və başqa bölmələri təqdim etmiş, hər biri haqqında qısaca məlumat vermişdir.

Lənkəran şəhəri, M.Ə.Sabir adına Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük redaktoru Nərmin Heydərova “M.Ə. Sabir və uşaq ədəbiyyatı”, Milli Kitabxananın Kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva “M.Ə. Sabir və incəsənət” mövzularında çıxışlar etmişlər.

Tədbirin sonunda konfrans iştirakçıları Sabirin həyat və yaradıcılığından bəhs edən 150-dən çox kitab, dissertasiya və avtoreferatlar, not nəşrləri, qəzet və jurnal məqalələrini özündə əks etdirən zəngin sərgi ilə tanış olmuşlar.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı V Respublika ənənəvi kitab bayramı keçirildi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı 07 may tarixində saat 12:00 da Mərkəzi kitabxananın qarşısında Heydər Əliyevə həsr olunmuş V Respublika ənənəvi Kitab bayramı təşkil olundu. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın direktoru V.Məmmədova açaraq bu əlamətdar gün haqqında qısa məlumat verdi. Tədbirdə çıxış eliyən Azərbaycan Respublikası Prezident təqaüdçüsü, əməkdar müəllim Mirhaşim Talışlı, Tərəqqi medalı ilə təltif olunmuş qocaman kitabxana işçisi Siddiqə Rzayeva, MİHİ Lənkəran komitəsinin sədri Elduza Əhmədova və digər natiqlər Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışdılar və Ulu Öndərin xüsusi ilə mədəniyyət sahəsinə olan diqqət və qayğısı haqqında söhbət açdılar.

Kitab bayramında Ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitabların sərgisi qurulmuş, yerli sənətkarların, uşaq baxçalarının və uşaq musiqi məktəblərinin kollektivləri tərəfindən konsert maraqlı konsert proqramı təşkil olunmuşdur. Tədbir saat yarım davam etmiş və Cənub kanalı tərəfindən işıqlandırılmışdır.

Beynəlxalq Söz və mətbuat azadlığı günü qeyd olundu

Beynəlxalq Söz və mətbuat azadlığı günü ilə əlaqədar olaraq Mərkəzi kitabxanada 03 may tarixində saat 15 00 da dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, ziyalılar, yazıçılar və mədəniyyət işçiləri iştirak etdi. Tədbiri giriş sözü ilə MKS-in direktoru V.Məmmədova açaraq bu günün mahiyyəti haqqında qısa məlumat verdi. Tədbirdə iştirak edən “Respublika” qazetinin Lənkəran üzrə bölgə muxbiri Əlisafa Həsənov çıxış edərək 1998-ci il avqust ayının 06 da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan respublikasında soz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə senzuranın ləğv edildiyi və bu dövürdən başlayaraq Azərbaycanda soz və mətbuat azadlığının inkişafı haqda geniş məlumat verdi. Tədbirdə çıxış edən Prezident təqaüdçüsü, Əməkdar müəllim Mirhaşim Talışlı, “Söz” jurnalının baş redaktor müavini Ağamir Cavad, CTV nin əməkdaşı Aygün Əliyeva, “Olayrar” qazetinin bölgə muxbiri Hafiz Mirzə, ATV-nin əməkdaşı İlkin Rzayev, Tərəqqi medalı ilə təltif olunmuş Siddiqə Rzayeva və digər natiqlər çıxış edərək mətbuatın, KİV-in müasir cəmiyyətdə rolundan və bu sahədə gedən inkişaf və problemlər haqqında öz fikirlərini bildirdilər. Tədbir bir saat davam etdi və Cənub televiziyasında işıqlandırıldı.     

Novruz bayramı qeyd olundu

15 mart 2012-ci il tarixində saat 11 00 da Heydər Əliyev xatirə parkında Azərbaycan xalqının milli bayramı ilan "Novruz" bayramı ilə bağlı el şənliyi təşkil olundu. Bayram tədbirində Novruzun atributları olan Dədə Qorqud keçəl və kosa, bahar qızı iştirak etdilər. Tədbirdə rayonun folklor və özfəaliyyət kollektivləri, uşaq musiqi məktəblərinin folklor və balabançalanlar ansamblı, Nənələr, Kinəlim, Vənəvşə folklor kollektivləri və yerli sənətkarların ifasında maraqlı konsert proqramı təqdim olundu. Tədbir çərçivəsində milli idman növləri və milli oyunlar nümayış olundu. El sənətkarlarının əl işlərindən və uşaq rəssamlıq məktəbinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi quruldu. Tədbirdə Lənkəran şəhər icra hakimiyyətinin başçısı cənab T.İbrahimov iştirak etdi. Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

Lənkəranda Xocalı faciəsinin 20 illiyi qeyd olundu

  “Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən 25 fevral tarixindən başlayaraq mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlər təşkil olunmuşdur. Dövlət Rəsm Qalereyası və Lənkəran uşaq rəssamlıq məktəbi “Xocalı soyqırımı uşaqların gözü ilə” başlıqı altında rəsm sərgisi təşkil etmışdır. Rayonda fəaliyyət göstərən muzeylərdə 25-26 fevral tarixlərində açıq qapı günü elan olunmuş, həmin gün muzeylər axşam saatlarına kimi fəaliyyət göstərmiş və muzeylərə gələnlərə bu qanlı faciə ilə bağlı geniş məlumatlar verilmiş, mühazirələr təşkil olunmuşdur. MKS və onun filiallarında 25 fevral tarixindən başlayaraq bu qanlı faciə ilə bağlı kitab sərgiləri təşkil olunmuş, xüsusi məlumat bületenləri hazırlanaraq kitabxanalara gələn oxuculara verilmişdir. Mədəniyyət evləri və klub müəssisələrində anım mərasimləri təşkil olunmuşdur. Q.Vəliyev adına şəhər mədəniyyət mərkəzində 25 fevral tarixində “Xocalı qisasa çağırır bizi” başlığı altında güləş turniri təşkil olunmuş, eyni zamanda “Xocalı harayı” adlı fotostend qurulmuşdur. 24-25 fevral tarixlərində “Xocalı faciəsi” ilə bağlı uşaq musiqi məktəblərində açıq dərslər keçirilmişdir. 25 fevral tarixində Mədəniyyət və Turizm şöbəsi tərəfindən “Soyqırım” abidəsi önündə matəm musiqilərinin səsləndirilməsi təşkil olunmuş, bütün mədəniyyət işçiləri abidəni ziyarət etmiş və çiçəklər qoymuşlar. Mərkəzi kitabxanada seminar təşkil olunmuş film xronika nümayiş olunmuşdur.Saat 12 00 da bütün mədəniyyət müəssisələrində Xocalı şəhidlərinin xatirəsi 1 dəıqiqəlik sükütla yad olunmuşdur

20 yanvar faciəsinin 22 illiyi qeyd olundu.

 

20 yanvar faciəsinin 22-ci ildönümünün qeyd olunması ilə bağlı tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən 09 yanvar tarixindən başlayaraq mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlər təşkil olunmuşdur. Belə ki, rayonda fəaliyyət göstərən muzeylərdə 19-20 yanvar tarixlərində açıq qapı günü elan olunmuş, həmin gün muzeylər axşam saatlarına kimi fəaliyyət göstərmiş və muzeylərə gələnlərə 20 yanvar faciəsi ilə bağlı geniş məlumatlar verilmiş və mühazirələr təşkil olunmuşdur. MKS və onun filiallarında 09 yanvar tarixindən başlayaraq bu qanlı faciə ilə bağlı kitab sərgiləri təşkil olunmuş, xüsusi məlumat bületenləri hazırlanaraq kitabxanalara gələn oxuculara verilmişdir. Mədəniyyət evləri və klub müəssisələrində tematik gecələr və anım mərasimləri təşkil olunmuşdur. Uşaq rəssamlıq məktəbi və Dövlət rəsm qalereyası tərəfindən “20 yanvar qəhrəmanlıq səlnaməmizdir” başlığı altında uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdur. Q.Vəliyev adına şəhər mədəniyyət evində 19-20 yanvar tarixlərində 20 yanvar şəhidlərinə həsr olunmuş fotostend hazırlanmışdır uşaq musiqi məktəblərində açıq dərslər keçirilmişdir. 20 yanvar tarixində Mədəniyyət və Turizm şöbəsi tərəfindən “Şəhidlər” abidəsi önündə matəm musiqilərinin səsləndirilməsi təşkil olunmuş, bütün mədəniyyət işçiləri abidəni ziyarət etmiş və çiçəklər qoymuşlar. Mərkəzi kitabxanada seminar təşkil olunmuş film xronika nümayiş olunmuşdur.saat 12 00 da bütün mədəniyyət müəssisələrində şəhidlərin xatirəsi 1 dəıqiqəlik sükütla yad olunmuşdur..

                                                                                                                                                                                                                              

 

12 dekabr anım günü qeyd olundu

 

Hər il olduğu kimi 2011-ci ilin dekabr ayının 12-də bütün kitabxana filiallarında, klub müəssisələrində və muzeylərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatı ilə bağlı anım mərasimləri təşkil olundu. İlk öncə Heydər Əliyevin abidə kompleksi önündə tər çiçəklər qoyuldu, sonra ulu öndərin muzeyi ziyarət olundu. Saat 11 00 Mərkəzi kitabxanada yerləşən Heydər Əliyev İdarəçilik universitetində elmi praktiki konfrans təşkil olundu. Eyni zamanda Mərkəzi kitabxanada və MKS-in kitabxana filiallarında Heydər Əliyevə həsr olunmuş kitabların sərgisi təşkil olundu. Ümummiyyətlə bu gün kitabxanaya və muzeylərə gələnlərə Ulu öndərin həyat və fəaliyyəti barədə geniş məlumatlar verildi.

 

Müstəqilliyin bərpasının 20-illiyi ilə bağlı uşaq musiqi məktəblərinin birləşmiş Xalq Çalğı alətləri orkestrinin konserti təşkil olundu

 

Azərbaycan Respublikasının Milli müstəqilliyinin bərpasının 20 –illiyi ilə bağlı 2011-ci il dekabr ayının 07-də Lənkəran şəhər C.Cabbarlıa dına 1 saylı və H.Rzayeva adına 2 saylı uşaq musiqi məktəblərinin birləşmiş Xalq Çalğı alətləri orkestrinin konserti təşkil olundu. Konsertdə Azərbaycanın dahi bəstəkarları Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, S.Ələskərovun əsərləri ifa olunmuşdur. Konsert Lənkəran Dövlət Dram teatrında təşkil olundu, konsertdə rayon ziyalıları, mədəniyyət işçiləri iştirak etdi..

 

 

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq probleri üzrə Dövlət Komitəsinin 17 oktyabr 2011-ci il tarixli məktubu ilə bağlı 04 noyabr 2011 ci il tarixində Lənkəran Mərkəzi Kitabxanasının binasında “Nəsillər arası münasibətin cəmiyyətin formalaşmasında rolu” başlığı altında tədbir təşkil olunmuşdur.Tədbir çərçivəsində Kitabxananın foyesində sənətkarların əl işlərinin, uşaq rəssamlıq məktəbi və Uşaq yaradıcılıq mərkəzinin şagirdlərinin əl işlərinin və rəsm əsərlərinin sərgisi təşkil olunmuşdur.

 

Tədbirin rəsmi hissəsi saat 11 00 Mərkəzi kitabxanada Heydər Əliyev İdarəçilik Universitetində keçirildi. Rəsmi hissəni giriş sözü ilə Mədəniyyət və Turizm şöbəsinin müdiri V.Fərzullayev açaraq tədbirin mühümlüyündən ümumiyyətlə ailədə və cəmiyyətdə milli dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, gənc nəslin yaşlı nəslə hörmət və məhəbbətin qorunub saxlanılması haqda məlumat verdi. Sonra tədbirdə iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyətinin məsül işçisi M.Səfərov çixiş edərək müasir cəmiyyətimizdə ahıllarla sıx ünsiyyətin yaradılmasının vaciblini, gənclərdə ahıllara qarşı qayğının və diqqətin formalaşmasının vacibliyini vurğuladı. Çıxışının sonunda İcra Hakimiyyəti tərəfindən bu sahədə görülmüş işlər haqqında məlumat verdi. Tədbirdə iştirak edən Rayon Ağsaqqallar şurasının sədri K.Kələntərli, Prezident təqaüdçüsü, folklorşünas alim Mirhaşim Talışlı, Rayon Ağsaqqllar şürasının üzvü S.Məmmədov, Tərəqqi medalı ilə təltif olunmuş qocaman kitabxanaçı S.Rzayeva, qocaman mədəniyyət işçisi Yəhya Hətəmov, MİHK Lənkəran şöbəsinin sədri E.Əhmədova və s. çıxış edərək müasir cəmiyyətimizdə milli dəyərlərin qorunub saxlanılması, gənc nəslin yaşlı nəslə hörmət saxlaması haqda çıxış etdilər. Müasir Azərbaycan Respublikasında bu sahənin daim diqqət mərkəzində olması haqda məlumat verdilər. Sonra tədbirin bədii hissəsinə başlanıldı.

 

Tədbirin bədii hissəsində Separadi kənd mədəniyyət evinin “Nənələr” folklor kolektivi maraqlı musiqi proqramı ilə çıxış etdi, qocaman mədəniyyət işçisi Yəhya Hətəmov azərbaycan muğmlarını ifa etdi. Günün ikinci yarısında Lənkəran Dövlət Dram Teatrında Boladi kənd klubunun, Girdəni kənd mədəniyyət evinin, Uşaq evi klubunun, Vilvan kənd klubunun uşaq rəqs kollektivlərinin, uşaq musiqi məktəblərinin uşaq folklor kollektivlərinin iştirakı ilə konsert təşkil olundu. Konsert saat 16 00 kimi davam etdi. Eyni zamanda Şəhər Veteranlar klubunda və H.Aslanovun ev muzeyində yaşlı nəslin nümayəndələri, müharibə veteranları və gənclər ilə görüşlər təşkil olundu fikir mübadiləsi aparıldı.

 

AİLƏ UŞAQLA BAĞLI.doc
Microsoft Word документ 32.0 KB

Müstəqilliyin bərpasının 20-ci illiyi ilə bağlı konsert təşkil olundu

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar 13 oktyabr saat 18 00 da Lənkəran şəhəri Heydər Əliyev xatirə parkında Lənlkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Mənim müstəqilliyim” başlığı altında bayram konserti təşkil olunmuşdur. Konsertdə tanınmış sənət ustaları Canəli Əkbərov, Teymur Mustafayev, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Mətanət İskəndərli, Xumar Qədimova, İlhamə Qasımova, Elnarə və digər respublikada tanınan sənətçilər ilə yanaşı yerli müğənnilər, Cavad Rəcəbov, Mətanət Babayeva, “Nənələr” folklor mahnı və rəqs kollektivi, qızlardan ibarət rəqs kollektivləri də çıxış etdilər. Konsertdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı T.İbrahimov, Millət vəkilləri və dövlət rəsmiləri iştirak etdilər. Konsert saat 22 00 kimi davam etdi və Atəşfəşanlıqla sona çatdı.

 

 

konsertin ssenarisi
ssenari mustaqillik 2011.doc
Microsoft Word документ 82.0 KB

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Lənkəran Mərkəzi kitabxanasında tədbir təşkil olundu

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar olaraq 05 oktyabr 2011-ci il tarixində Lənkəran Mərkəzi kitabxanasında “Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir” başlığı altında oxucuların iştirakı ilə dəyirmi masa və kitab sərgisi təşkil olundu. Tədbir saat 11 30 başladı və bir saat yarım davam etdi. Burada Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra qazandığı nailiyyətlər və uğurlar haqqında məlumatlar verildi. Xüsusən respublikamızın müstəqilliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu haqqında geniş məlumat verildi. Sonra Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı hazırlanmış prezentasiya nümayiş olundu. Sonda tədbir iştirakçıları MKS tərəfindən müstəqilliyimizə həsr olunan kitabların sərgisi ilə tanış oldular. Qeyd etmək istərdik ki, kitab sərgisi oktyabr ayının 20-nə kimi davam etdiriləgəkdir. Eyni zamanda bütün kitabxana filiallarında 05-20 oktyabr tarixlərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə əlaqədar kitabxanalara gələn oxuculara geniş məlumatlar veriləgəkdir.

 

Press.doc
Microsoft Word документ 24.0 KB

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 16 06 2011-ci il tarixli 1797/01 saylı məktubu ilə əlaqədar olaraq “Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 1293 nömrəli Sərəncamına və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 14 fevral 2011-ci il tarixli 60 nömrəli Əmri ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən 11-15 iyul 2011-ci il tarixlərində Lənkəranda Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində respublikada və eləcədə Lənkəran rayonunda əldə olunmuş nailiyyətləri əks etdirən fotoşəkillərdən ibarət fotosərgi təşkil olundu. Fotosərgi Mərkəzi Kitabxananın foyesində təşkil olundu. 11 iyul 2011-ci il tarixində rəsmi açılış keçirildi və açılışda Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi İ.Əzimov çıxış edərək tədbir iştirakçılarına ötən iyirmi il ərzində müstəqil Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər haqqında geniş məlumat verdi və sonda sərgiyə baxmağa dəvət etdi.

1 iyun uşaqların mühafizəsi günü ilə əlaqədar tədbir təşkil olundu.

 

01 iyun 2011-ci il tarixində Lənkəran mədəniyyət müəssisələrində Uşaqların mühafizəsi günü iləbağlı müxtəlif səpkili tədbirlər təşkil oloundu. Belə ki, MKS-in uşaq kitabxana filialında bu əlamətdar hadisə ilə bağlı uşaq bayramı keçirildi. Burada uşaqlar üçün maraqlı oyunlar və viktorinalar təşkil olundu. Mədəniyyət və Turizm şöbəsi tərəfindən maraqlı konsert təşkil olundu. Uşaq rəssamlıq məktəbində uşaqların rəsm sərgisi qurulmuş, uşaq musiqi məktəblərində konsertlər təşkil olunmuşdur.

 

İV Ümumresbulika ənənəvi Kitab Bayramı

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə Lənkəranda 06 may 2011-ci il tarixində İV Ümumrespublika ənənəvi kitab bayramı təşkil olundu. Tədbirdə dövlət rəsmiləri, şəhər sakinləri, yaradıcı ziyalılar, müharibə veteranları iştirak edirdilər. Tədbirdən əvvəl iştirakçılar dahi rəhbərin adını daşıyan xatirə parkında onun abidəsi önünə əklik və gül dəstəsi qoydular. Tədbirin keçirildiyi Mərkəzi kitabxananın qarşısına diqqəti cəlb edən tərtibat verilmiş və müxtəlif sərgilər təşkil olunmuşdur. Tədbir çərçivəsində 2011-ci ilin Lənkəran şəhərinin Azərbaycanın Folklor Paytaxtı elan olunması ilə bağlı tətbiqi sənət ustalarının və el sənətkarlarının əl işlərindən ibarət açıq hava altında sərgi təşkil olunmuşdur. Sərgidə duluzçuluq nümünələri, həsir toxuma və gildən düzəldilmiş müxtəlif əşyalar nümayiş olunmuşdur. Eyni zamanda kitabxananın qarşısında uşaq rəssamlıq məktəbinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi qurulmuşdur. Kitabxana tərəfində Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş kitablar, Milli adət ənənələrimizə və folklorumuza həsr olunmuş kitablar, yeni nəşrlər və azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə çap olunmuş latın qrafikalı ədəbiyyat nümayiş olunmuşdur. Tədbirdə iştirak edən folklorşünas alım Mirhaşım Talışlı, yazıçı publisist Etibar Əhədov. Lənkəran Türk liseyinin müdiri Murad bəy və digər natiqlər çıxış edərək. kitabın həyatımızda rolu, milli adət ənənələrimizin təbliği və umummilli lider Heydər Əliyevin bu səpkidə apardığı işlər barədə geniş məlumat vermişlər. Tədbirin bədii hissəsində uşaq musiqi məktəblərinin folklor kollektivləri, şəhər 5,9 və 15 saylı baxçaların rəqs kollektivləri, şəhər 5 saylı tam orta məktəbin bədii qiraətçiləri və musiqiçilər maraqlı konsert proqramı ilə çıxış etdilər.  

MKS tərəfindən Mübariz İbrahimova və Fərid Əhmədova həsr olunmuş tədbir təşkil olundu.

 

22 fevral 2011-ci il tarixində Lənkəran Mədəniyyət şöbəsi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə iki dəfə Sovet İttifaqı qəhrəmanı tank qoşunları general mayoru Həsi Aslanovun ev muzeyində “Qəhrəmandan – Qəhrəmana” başlığı altında hərbi vətənpərvərlik mövzüsunda tədbir təşkil olundu. Tədbir Milli Qəhrəmanlar Mübariz İbrahimova və Fərid Əhmədova həsr olunmuşdur. Tədbir çərçivəsindən LDU-nun baş müəllimi H.Hüseynov “Şəhidlik əbədiyaşarlıdır” mövzüsunda məruzə etdi. MKS-in direktoru S.Rzayeva çıxış edərək qəhrəmanların həyat yolu və igidliyi haqqında məlumat verdi. Sonra məktəblilərin ifasında Həzi Aslanova, Mübariz İbrahimova və Fərid Əhmədova həsr olunmuş şeirlər söylənildi. Tədbir əsnasında Qəhrəmanlara həsr olunan film xronika nümayiş olundu. Tədbir H.Aslanovun ev muzeyinə ekskursiya ilə başa çatdı.

 

20 Yanvar faciəsi mədəniyyət müəssisələrində qeyd olundu.

 

Hər il olduğu kimi, 2011-ci ilin yanvar ayının 14 dən başlayaraq Lənkəran mədəniyyət müəssisələrində Qanlı Yanvar faciəsi ilə bağlı tədbirlər təşkil olunmuşdur. Belə ki, Mərkəzi kitabxana və kitabxana filiallarında 20 Yanvar ilə bağlı “Unutmaq olarmı Sizi Şəhidlər”, “20 Yanvar – qəhrəmanlıq yenilməzlik günüdür” və sair başlıqlarla kitab sərgiləri təşkil olunmuşdur. 15 yanvardan başlayaraq Lənkəranda fəaliyyəty göstərən H.Əliyev muzeyi, Tarix-diyarşünaslıq muzeyi və H.Aslanovun ev muzeyində açıq qapı günləri təşkil olunmuş və bu günlərdə muzeyə gələnlərə 20 Yanvarla bağlı genişməlumatlar verilmişdir. 18 yanvar tarixində Mərkəzi kitabxananın oxu zalında “20 Yanvar qəhrəmanlıq salnaməsidir” mövzüsunda seminar təşkil olunmuşdur. Seminarən sonunda Yanvar hadisələri ilə bağlı film xronika nümayiş olunmuşdur. 20 yanvar tarixində bütün mədəniyyət işçiləri Lənkəranda ucaldılmış “Şəhidlər” kompleksini ziyarət etmiş və tər çiçəklər qoymuşlar. Mədəniyyət və Turizmşöbəsi tərəfindən abidə qarşısında matəm müsiqilərinin sələndirilməsi təşkil olunmuşdur. 14-20 tarixlərində bütün şəhər,qəsəbə və kənd klub müəssisələrində “Qanlı Yanvar” la bağlı anım mərasimləri və tematik gecələr təşkil olunmuşdur.

 

Novruz bayramı münasibətilə böyük bayram tədbiri keçirildi.

 

 

Azərbaycan xalqının tarixi bayramı olan “Novruz” bayramı ilə əlaqədar 14 mart 2010-cu il tarixində Lənkəran rayonunun girəcəyində, Göyşəban dairəsində Lənkəran Şəhər İcra hakimiyyətinin köməkliyi ilə bayram tədbiri təşkil olundu. Burada el sənətkarlarının əl işlərindən, suvenirlərdən ibarət müxtəlif sərgilər nümayiş olunmuş, rayon idmançılarının çıxışları təşkil olunmuşdur. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı T.İbrahimov, rayon ziyalıları iştirak etdilər. Tədbir çərçivəsində qədim oyun növləri olan kəndirdartma, heyrati xoruzlarının döyüşü, milli güləş yarışları, təşkil olunmuşdur. Tədbirin bədii hissəsində rayonun folklor, rəqs ansmblları, C.Cabbarlı adına, H.Rzayeva adına uşaq musiqi məktəblərinin kollektivləri, mədəniyyət evlərinin özfəaliyyət kollektivləri və yerli sənətkarların ifasında maraqlı konsert proqramı təşkil olunmuşdur. Uşaq evi klubunun “Şənlik”, Girdəni kənd mədəniyyət evinin “Vənəvşə”, Boladı və Vilvan kənd klublarının qızlardan ibarət rəqs ansamblının, “Bacılar” folklor mahnı və rəqs kollektivinin çıxışları, kosanin, keçəlin zarafatları, bahar qızının faytonla gəlməsi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Tədbir çərçivəsində gidir meydanında at yarışları təşkil olunmuş və qalibə Dədə Qorqud tərəfindən qiymətli hədiyyə verilmişdir. Tədbir respublika və yerli televiziya kanalları tərəfindən işıqlandırılmış. Cənub TV telekanalı isə tədbiri bütövlüklə nümayiş etdirmişdir.

 

Rayon tədbirindən başqa C.Cabbarlı adına, H.Rzayeva adına şəhər uşaq musiqi məktəblərində, Q.Vəliyev adına şəhər mədəniyyət evində, Liman şəhər klubunda, Girdəni, Türkəkəran, Şağlaser, Separadi, Şıxəkəran, Göyşəban, Mamusta, Hirkan, Gərmətük kənd mədəniyyət evlərində, Haftonu, Vilvan, Kərgəlan, Veravul, Boladi, Xanbulan, İsti-su, Sütəmurdov kənd klublarında, özfəaliyyət kollektivləri tərəfindən 18-21 mart tarixlərində bayram konsertləri təşkil olunacaqdır. Tarix-diyarşunaslıq və H.Aslanovun ev muzeyində bayram münasibətilə açıq qapı günləri keçirilmişdir. Lənkəran MKS tərəfindən 12 mart 2010-cu il tarixində “Xoncalı Novruz gəlir” mövzüsunda ədəbi bədii gecə təşkil olunmuşdur. 13-15 mart tarixlərində “Novruz gəlir yaz gəlir”, “İlin axır çərşənbəsi” mövzülarında oxucularla görüşlər təşkil olunmuşdur. “Azərbaycan folkloru haqqında” ədəbiyyat siyahıları tərtib olununaraq oxuculara təqdim olunmuşdur. MKS-in bütün çitabxana filiallarında qeyd olunmuş mövzularla bağlı kitab sərgiləri təşkil olunmuşdur.

 

31 mart Azərbaycanlıların soyqırım günü Lənkəran mədəniyyət müəssisələrində qeyd olundu

 

Ümümilli Liderimiz Heydər Əliyevin 1998-ci il mart ayının 16 da “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı fərmanla hər il martın 31 də ölkəmizdə soyqırım günü kimi qeyd olunur. 2010-cu ildə Mədəniyyət və Turizm şöbəsinin tabeçiliyində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemində və bütün mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlər həyata keçirilmişdir. “31 mart Azərbaycanlıların soyqırım günüdür”, “1918-1920 ci illərdə Lənkəranda törədilən soyqırım”, “Unutmarıq biz bu həqiqətləri” başlıqları altında kitab sərgiləri hazırlanmış , tematik gecələr, seminarlar və anım mərasimləri təşkil olunmuşdur. Muzeylərdə bu gün açıq qapı aksiyasi keçirilmiş və gələn qonaqlara ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlər haqqında məlumatlar verilmişdir.  

 

Məhşur pianoçu Stanislav Deanın iştirakı ilə master klasslar keçirildi

 

Heydər Əliyev Fondu “Frederik Şopen ili” layihəsi çərçivəsində dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan silsilə tədbirləri davam etdirdi. Bu layihə çərçivəsində 05 may 2010-cu il tarixində Lənkəranda Heydər Əliyev Fondunun dəstəyi və Polşa səfirliyi ilə Polşa pianoçusu Stanislav Deyanın Lənkəran uşaq musiqi məktəbləri şagirdləri üçün master klass dərsləri təşkil olundu və günün sonunda dünya şöhrətli pianoçunun konserti keçirildi.

 

Heydər Əliyevin ildönümü ilə bağlı keçirilmiş tədbirlər.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana filiallarında Ulu öndər Heydər Əliyevin doğum gününə həsr edilmiş bir sıra tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərə “Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır”, “Xalqa həsr olunan illər”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Lənkəran Heydər Əliyev siyasətinin işığında”, “Heydər Əliyevin yeni neft strategiyası” adlı Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sahəsinə həsr edilən kitabların sərgisi təşkil edilmişdir.

 

07 may 2010-cu il tarixində III Ümumrespublika ənənəvi kitab bayramında Heydər Əliyeva həsr edilmiş şeirlərdən bədii qiraət təşkil edilmiş, Lənkəran şəhər Zabitlər evi ilə birlikdə Elmira Axundovanın “Şəxsiyyət və zaman” kitabının müzakirəsi keçirilmişdir. Eyni zamanda “Heydər Əliyev müstəqil Azərbaycan Respublikaasının memarıdır” mövzüsunda məruzələr, Heydər Əliyevin Azərbaycanın müxtəlif bölgələrində etdiyi tarixi çıxışlarına həsr edilmiş mövzu kartotekaları tərtib edilib oxuculara çatdırılmışdır.

 

MKS-in kitabxana filiallarında Heydər Əliyeva həsr edilmiş yubiley tədbirləri təşkil olunmuşdur.

 

Heydər Əliyev muzeyində mühazirələr və seminarlar təşkil olunmuşdur. Q.Vəliyev adına şəhər mədəniyyət evində 02-07 may 2010- cu il tarixlərində “Ulu öndər –Böyük insan” başlığı altında şeir və rəsm müsabiqəzi təşkil olunmuşdur. Müsabiqənin yekun təqdimatı 07 may 2010-cu il tarixində Q.Vəliyev adına şəhər mədəniyyət evinin foyesində təşkil olunmuşdur. 10 may 2010-cu il tarixində mədəniyyət evinin foyesində Heydər Əliyevin 87-ci il dönümünə həsr olunmuş “Yaşar adın!” adlı fotostend qurulmuşdur.                                                              

10 may 2010-cu il tarixində bütün mədəniyyət işçiləri Heydər Əliyev xatirə parkında olan ulu ondərin abidə kompleksini ziyarət edib tər çiçəklər qoymuşlar. Eyni zamanda qəsəbə və kənd mədəniyyət evləri və klublarında Ümummilli Lider Heydər Əliyevin 87-ci ildönümü ilə bağlı tədbirlər təşkil olunmuşdur.