“...Qarabağ, can Qarabağ, Ana Yurdum”.

Azərbaycanda tarixi ərazi Kiçik Qafqaz dağlarından başlamış, Kür və Araz çayları arasında yerləşən ərazini əhatə edirdi. XII əsrdən başlayaraq tarixi mənbələrdə “Qarabağ” adı ilə verilmişdir. Qədim dövrdə və erkən orta əsrlərdə Qafqaz Albaniyasına daxil idi, burda alban tayfaları (utilər və qarqarlar) yaşayırdı. Qarabağ uzun müddət Sasani əsarətinə qarşı mübarizə mərkəzlərindən biri olmuşdur. IV əsrdə Qarabağın dağlıq hissəsində xristianlıq yayılmağa başladı. Ərəb işğalından sonra (VII əsr ) Qarabağın düzənlik hissəsində və şəhərlərdə yaşayan əhali islam dinini qəbul etdi, dağlıq hissədə Arsaxda yaşayan əhali isə xristianlığı saxladı.

X əsrdə Şəddadilərin, XI əsrin ortalarında isə Səlcuqilərin hakimiyyətinə keçdi, XII əsrin 2-ci yarısından Eldəgəzlər dövlətinin tərkibində idi. XII əsrin sonu, XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində Xaçın feodal knyazlığı yarandı. Sonrakı əsrlərdə bu knyazlıq Xəmsə adlanan 5 məlikliyi birləşdirdi. XIV əsrin sonlarından Qarabağ Teymurilərin hakimiyyətinə keçdi. Teymurun ölümündə sonra (1405) xalqın Teymurilərə qarşı çıxışlarından istifadə edən Şirvanşah I İbrahim (1382-1417) Qarabağın düzənlik hissəsini Şirvana birləşdirdi, XVI əsrdə isə Səfəvilərin hakimiyyətinə keçdi.

XVIII əsrin 40-cı illərində Azərbaycanda yaranmış ən güclü feodal dövlətlərindən biri Qarabağ xanlığı idi. Xanlığın möhkəmləndirilməsində Pənanahəli xan və onun oğlu İbrahimxəlil xanın mühüm xidmətləri olmuş, Şuşa (Pənahabad) şəhəri bu dövrdə salınmışdır, Bayat. Şahbulaq , Əsgəran qalaları, məscidlər və s. tikilmişdir. 1813-cü ildə bağlanan Gülüstan müqaviləsilə Azərbaycanın şimalı, o cümlədən Qarabağ Rusiyaya birləşdirildi.

XX əsrin əvvəllində inqilabi mübarizənin genişlənməsi və Sovet hakimiyyətinin qələbəsindən sonra Azərbaycan MİK-in dekreti ilə (7.6.1923) Azərbaycan SSR tərkibində Qarabağın, əhalisi əsasən ermənilərdən ibarət olan dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar vilayəti yaradıldı.

“Azərbaycanın konservatoriyası” adlanan Qarabağ ölkəmizin eləcə də dünyanın musiqi mədəniyyətinə böyük simalar bəxş etmişdir. Ü. Hacıbəyli, Bülbül, Haci Hüsü, Cabbar Qaryağıoğlu, Sadıqcan, Məşədi İsi, Keçəçi oğlu Məhəmməd və s. məhz Qarabağda doğulmuşlar. Qarabağ xalçaçılıq məktəbinin nümunələri Berlin incəsənət Muzeyində, Nyu-Yorkun Metropoliten Muzeyində, eləcə də keçmiş SSR-nin bir sıra məşhur muzeylərində saxlanılır. Qarabağ atları ta qədimdən dillər əzbəri olmuş, qiymətli sayılmış, Rusiyanın, Qərbi Avropanın bir çox ölkələrinə aparılmışdır.

Belə bir möhtəşəm tarixə malik olan Qarabağımız gözəl təbiəti, məhsuldar torpağı, əlvərişli iqliminə görə erməniləri şirnikləşdirilmiş, bu mənfur millət zaman-zaman gizli, açıq döyüşlərlə tarixi saxtalaşdırılmaqla, min dona girməklə öz alçaq niyyətlərini özləri kimi simasız, sapı özümüzdən olan baltaların köməyi ilə həyata keçirməyə başlamış və nəhayət buna nail olmuşlar. Qarabağda yer, şəhər adları dəyişdirilmiş, erməniləşdirilmişdir.

Məsələn: Axta-Razdanla, (30.06.1945), Ağbaş-Abovyanla (01.12.1949), Ağcaarx-Areviklə (04.04.1946), Ağhəmzəli-Mərmərəşənlə (25.05.1967), Başarkeçər-Verdenislə (11.06.1969), Tovuzqala-Berdlə (01.12.1949), Vedi-Araratla (15.05.1968) və s əvəz olunmuşdur. 1924-1971-ci illər arasında 505 ərazi adı erməniləşdirilmiş, 1988-ci ildə Ermənistandan didərgin salınan 200 min əhalinin yaşadığı yerlərin adları da dəyişdirilərək bu siyahıya əlavə edilmişdir. 1988-ci ilin fevralında ermənilərin planlı şəkildə törətdiyi Sumqayıt hadisələri, Ermənistanda ata-baba yurdlarından qovulan 1 milyonadək qaçqın azərbaycanlılar, 1990-cı ilin yanvar qırğını-bütün bunlar erməni-rus birliyinin xalqımıza qarşı əlbir fəaliyyətinin nəticəsi idi. 1987-1993-cü illər ərzində Azərbaycanın 13 rayonu azğın ermənilər tərəfindən işğal olunmuş, Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq baş tutmuşdur. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə yüzlərlə igid oğul və qızımız şəhid olmuş, körpələr öldürülmüş, insanlar girov götürülmüş, qız-gəlinlər alçaldılmış, kəndlər viran edilmiş, milli-mədəni, tarixi abidələt talan olunmuş, dağıdılıb məhv edilmişdir.

Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdə 464 tarixi, memarlıq və mədəniyyət abidəsi , 100 mindən artıq əşyanın toplandığı 808 klub müəssiəsi, 85 musiqi məktəbi . 5640 musiqi aləti, 22 muzey, 4 şəkil qaleriyası, 9 tarixi əhəmiyyətli saray, 18 məscid, 927 kitabxana və onların 4 mln 600 minlik kitab fondu yandırılaraq məhv edilmişdir.

Şuşa və Laçının hər birində 200-ə yaxın memarlıq abidələr, Cəbrayılda 132 tarixi abidə, Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər və Füzulidə yüzlərlə tarixi, memarlıq, mədəniyyət abidələri, on minlərlə qiymətli eksponatı olan muzeylər talan edilmişdir.

Şuşada: Gövhər ağa məscidi, Hacı Abbas məscidi və karvansaray, Hacı Yusif məscidi-XVIII əsr ;

Cəbrayılda: V və VII əsrlərə aid 8-guşəli türbə, XVIIəsrə aid Sultanməcid hamamı;

Zəngilanda: XII əsrə aid Qız qalası, XIV əsrə ai 8-guşəli türbə;

Laçında: XIV əsrə aid Məlikəjdər Türbəsi;

Ağdamda: Dünyada ikinci olan Çörək Muzeyi, b.e.ə V əsrə aid Çalaqtəpə yaşayış məskəni;

Qubadlıda: IV əsrə aid Qavur dərəsi, V əsrə aid Qalalı və Keyqala abidələri;

Kəlbəcərdə: XIII XVIII əsrlərə aid Xotavənd məbədi;

Füzulidə: 1682-ci ildə tikilmiş Qiyaşəddin məscidi;

                 1684-cü ildə tikilmiş Qarğabazar karvansarayı və b.

Hansını sayasan !!!...

 

                        İşğal altında olan Vətən torpaqları:

10. Cəbrayıl.............................23.07.1993

11. Qubadlı.............................31.08.1993

12. Zəngilan.............................30.10.1993

13. Xocavənd..........................18.02.1992

Qarabağ uğrunda döyüşlərdə minlərlə insanımız şəhid olmuş, itkin düşmüş, girov götürülmüşdür. Təkcə 1993-1994-cü illər ərzində rayonumuzun 101 gənci Qarabağ uğrunda gedən vuruşmalarda öldürülmüşlər, hamısı da 19-23 yaşlı gənclər...

Azərbaycanımızın 300-dən çox oğul və qızı “Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Təkcə Mübariz İbrahimovun nümunəsi bütün gənclərə örnək ola biləcək qəhrəmanlıqdır.

İllərdir ki, atəşkəs rejiminin qəbul olunmasına baxmayaraq azğın ermənilər yenə də snayperlə vətəndaşlarımızı öldürür, dinc sakinlərin başına güllələr yağdırır, əkin-biçin işlərində çalışmağa, sakit yaşamağa imkan vermirlər. Demək olar ki. Hər gün televiziyadan ölən və yaralananlar haqqında məlumatlar eşidirik, bu isə mənfur ermənilərə qarşı kin və nifrətimizi daha da coşdurur! Biz inanırıq ki, inşallah qələbə günü uzaqda deyil. Bunu düşmənə qarşı qəzəb püskürən Vətən oğulları, Vətən qızları deyir!!! Bunu bütün Azərbaycan deyir!!!

 

                                  

                                   Ədəbiyyat siyahısı

  1. Azərbaycan Sovet Ensiklopediyası.C. 3-8 B, 1979-S.45-49
  2. Azərbaycan abidələri-B: Azərnəşr 1989-125S; şək
  3. Azərbaycan : Qalalar, qəsrlər: fotoalbom /mətn müəllifi F. Məmmədov; foto C.Qiyasi-B.1994-262 S
  4. Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya/tərtib etdi: H.Həmidov; redaktor: M.Vəliyev; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası-B, 2008-223S
  5. Canıyar Y.Y Turan mübarizi. iki cilddə C.1/Y.Y Canıyar; elmi redaktor A. Rüstəmli-B: Ozan 2011-400Ş , şəkil
  6. Əhədov Hacı Etibar. Lənkəran şəhidləri / Hacı.E.Əhədov-B: Azərbaycan 1995-885 şəkil
  7. Hicran F. Qarabağ talan var-B gənclik, 1992-160S.
  8. Hidayət. Burdan min atlı keçdi/ Hidayət.-B:A.M ensiklopediyası Nəşriyyatı, 2004.-460S.
  9. Quluzadə Ə. Qadan mənə , Qarabağ / Ə.Quluzadə.-B: Ozan.-456S.
  10. Qarabağ – irsimizin əbədi yaddaşı/ Azərbaycan Respublikası Mədəniyyət və Turizm N-yi-B, 2008.-379(2)S. Şəkil
  11. Quliyev Ə, Quliyev A. Türk oğlu,... 17-ci...hücuma hazır ol! (tarixi oçerk) /ə.Quliyev, A.Quliyev, redaktor H. Əsgərov- B:Adiloğlu, 2006.-474S.
  12. Müslümqızı Ş.Qar Üstünə qan yağırdı/Ş. Müslümqızı-B: Azərnəşr, 1993-184S
  13. Məmmədov İ. Tariximiz, torpağımız, taleyimiz/ İ.Məmmədov: elmi məsləhətçi N.Xudiyev-B: Adiloğlu, 2002-700S
  14. Sultanov Z. Xocalı faciəsi/ Z.Sultanov-B: İşıq, 1993-51S

İnternetdə:

www.azerigenoside.orq

www.karabakh.org

www.khojaly.org.az

www.khojaly.net

 

Kəlbəcər – işğal – 1993 2 aprel. Ərazisi 1936 km2. Əhalisi 55000. şəhid olmuş 217. 49 əlil. Miili qəhrəman 2 nəfər.

Xocavənəd – işğal 02.10.1992. ərazisi 1458 km 2. Əhalisi 9011 nəfər. 145 şəhid. 48 əlil.

Ağdam 23.07.1993 – işğal günü. Ərazisi 1154 km2. Əhalisi 158000. Şəhid 538. əlil 587 nəfər. Milli qəhrəman 17 nəfər.

Laçın – işğal olub 18.05.1992. Ərazisi 1875 km2. Əhalisi 60000. Şəhid 259 nəfər. Əlil 225. Milli qəhrəman 6 nəfər

Şuşa – işğal 08.05.1992. Ərazisi 289 km2. Əhalisi 24900 nəfər. Şəhin 193 nəfər. Əlil 102 nəfər. Milli qəhrəman 5 nəfər.

Xocalı – işğal 26.02.1992. Ərazi 970 km2. Əhali 11567 nəfər. Şəhid 613 nəfər. Əlil 657 nəfər. Milli qəhrəman 10 nəfər

Cəbrayıl – işğal 23.08.1193. Ərazi 1050 km2. Əhali 52049 nəfər. Şəhid 347 nəfər. Əlil 172 nəfər. Milli qəhrəman 4 nəfər

Füzuli – işğal 23.08.1993. Ərazi 1112 km 2. Əhali 95940 nəfər. Şəhid 528 nəfər. Əlil 1309 nəfər. Milli qəhrəman 6 nəfər

Qubadlı –işğal 31.08.1993. Ərazi 826 km2. Əhali 33800. Şəhin 232 nəfər. Əlil 146 nəfər.

Zəngilan – işğalı 29.10.1993. Ərazi 707 km2. Əhali 35500 nəfər. Şəhid 191 nəfər. Əlil 110 nəfər. Milli qəhrəman 2 nəfər.