Mərkəzi Kitabxananın Metodika və Biblioqrafiya Şöbəsinin Diyarşünaslığın təbliğinə dair həyata keçirdiyi işlər haqqında məlumat 

Metodika və Biblioqrafiya şöbəsinin illik iş planlarına müntəzəm olaraq daxil edilən Diyarşünaslığın təbliği məsələsinə bu il də böyük diqqət ayrılmışdır. Bu məqsədlə metodiki vasitələr hazırlanmış, kitabxana filiallarının işçilərini təlimatlandırmaq üçün metodiki məktublar, tövsiyə ədəbiyyat siyahıları tərtib olunmuş, rayonumuzun tarixi, coğrafiyası, təbiətindən, yaradıcı insanlardan, tanınmış şəxsiyyətlərindən bəhs edən ədəbiyyatların, evlərdə, dini və mədəniyyət müəssisələrində ola biləcək nadir nüsxələrin toplanmasına dair filial işçiləri ilə bir çox söhbətlər aparılmış, yollar göstərilmişdir. Bu mövzu seminarlarda da önə çəkilmiş, daima diqqətdə saxlanılmışdır.

Mərkəzi kitabxana da “ Diyarşünaslıq ” kartotekası tərtib olunmuş, burada on səkkiz yarımbaşlıq yerləşdirilmiş, diyarımız haqqında rəngarəng materiallar toplanmışdır. (“Lənkəranın tarixi”, “Lənkəran folkloru”, “Lənkəranda Kitabxana İşi”, “Lənkəranda turizm”, “Lənkəran şəhidləri”, “Lənkəranın muzey və aidələri”, “Lənkəranın pedaqoqları”, “Lənkəranda teatr”, “ Fəxrimiz – general – mayor H. Aslanov”, “Lənkəranda keçirilən bayramlar” və s. ). Bunlardan başqa Mərkəzi Kitabxanada “Cənub Mirvarisi”, “2011 – ci il Lənkəran – Azərbaycanın Folklor paytaxtıdır” adlarında sərgi və guşə təşkil edilmişdir. Sərgidə kitablarla bərabər qəzet və jurnal materialları, tövsiyə ədəbiyyat siyahıları , mövzu kartotekaları, sənədlər və şəkillərdə nümayiş olunmuşdur. Bu guşə və sərgilərin tərtib və təşkilində əsas məqsəd diyarımızla yaxından tanış olmaq istəyənlərə bələdçilik etməklə bərabər, oxucularımızı, gənclərimizi öz diyarlarını yaxından tanımağa, onu daha çox sevməyə təşviq etməkdən ibarətdir.

“Folklorumuz və abidələrimiz” adlı bölmədə Uşaq Rəssamlıq məktəbi şagirdlərinin əl işləri və rəsm əsərləri, dulusçuluq və həsi toxuma nümunələri nümatyiş etdirilmişdir.

Diyarşünaslıq mövzusu həmişə şöbəmizin diqqət mərkəzindədir.