Lənkəran Tarix-diyarşunaslıq muzeyi  

 Əşyaların sayı: 6340-eksponat.

Muzeyin aşağidaki nümayiş otaqlari gələn qonaqlarin istifadəsinə verilmişdir: 1. təbiət bölməsi  2. qədim dövr. 3. erkən orta əsrlər. 4. yeni dövr. 5. ən yeni   dövr. 6. müasir dövr.

Fondun əsasını təşkil edən əşyalar haqqında qısa məlumat:

 Lənkəran Tarix-diyarşünasliq muzeyi xalqimizin qədim tarixini əks etdirən əşyalarla zəngindir. Daş dövrünə aid  həvəngdəstə, çəkiclər, sümükdən hazırlanmış  bıçaqlar,  tunc dövrünə aid silahlar və qadin bəzək əşyalari, vii-xii  əsrlərə aid qoç  fiqurlu qəbir daşlari, heç vaxt rəngi solmayan boyali saxsi  qablar çox maraqlidir. 8-9 Əsrlərə aid memarliq abidəsi - Bəlləbur qalasinin  tikinti materiallari nümunələri, qaladan tapilmiş məişət əşyalari xüsusi maraq doğurur. ekspozisiyada nümayiş etdirilən misgərlik nümunələri, əmək və məişət  əşyalari da orta əsrlərə aiddir.

Muzeyin qədim eksponatlarından olan mis manqal xix əsrə aiddir və evi  qizdirmaq üçün istifadə olunurdu. Bu manqal cizma naxişlarla  bəzədilib. Şarli lampalar qizlarin cehiz olub.Gümüşdən hazirlanmiş bəzək əşyalari, kəmər və toqqasi, ətirqabilar  Lənkəran  zərgərlərinin  əl  işləridir.

 

XX əsrin əvvəllərində Lənkəranda açilmiş “Behcət” məktəbinin adi həkk    olunmuş  daş lövhə, həmin məktəbin müəllimlərindən M.A. Əliyev, M. Möhsümzadə, T. Bayraməlibəyov, Mirzə Əbülhəsən, taninmiş generallardan Səmədbəy Mehmandarov, Ibrahim bəy Talişinski, Mirkazim bəy Talişinski və iki dəfə Sovet Ittifaqi qəhrəmani qeneral Həzi Aslanov barədə materiallar nisbətən  yaxin  tariximizin  salnaməsidir.                                  

 Ünvanı: Lənkəran şəhəri,Şirəli Axundov küçəsi 21.

 Telefon nömrəsi və kod:  0-2525-5-08-29

  Muzeyin yaranma tarixi: 1924-ci il.

 

Lənkəran şəhər Heydər Əliyev mərkəzi

Əşyaların sayı: 72 foto şəkil və 4 ədəd rəsm əsəri.

Ekspozisiya haqqında qısa məlumat:

Muzeyin fotolardan ibarət aşağidaki adda 6 stend gələn qonaqlarin        istifadəsinə verilmişdir:


1. Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmişdir.    2.Sovet dövründə yaranmış iqtisadi və mədəni potensial da bizim böyük  sərvətimizdir . 3.Tariximizin hər səhifəsi bizim üçün əzizdir.

4.İqtisadiyyatı  güclü olan dövlət hərşeyə qadirdir.

5.Ordu ölkəmizin,dövlətimizin,millətimizin,müstəqilliyimizin dayaqıdır.

6. Lənkəranlılar dövlətçiliyimizin  qorunması yolunda həmişə əllərindən gələni etmişlər.

 

Muzey haqqında qısa məlumat: Heydər Əliyev muzeyi 2007-ci ildə inşa olunmuşdur. Muzey bir ekspozisiya zalından  ibarətdir, burada Ümummilli liderimizin həyat yolu və siyasi fəaliyyəti geniş işiqlandirilmişdir. Ekspozisiya 72 fotoşəkil və rəssam Afaq Kərimovanın 4 rəsm əsərindən ibarətdir. Burada həmçinin Heydər Əliyevə ayid  olan  müxtəlif  məzmunlu sənədlər vardır. Muzey fəaliyyətə  başlamamışdır.                              

Ünvanı: Lənkəran şəhəri, Şirəli Axundov küçəsi, Heydər Əliyev Xatirə parki.

Telefon nömrəsi və kod:  0-2525-5-49-91

Muzeyin yaranma tarixi: 2008-ci il.

 

İki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları general mayoru

Həzi Aslanovun ev muzeyi  

Əşyaların sayı:  muzey eksponatlarının ümumi sayı 2012 ədəd, 302 ədəd əsas fond, 1710 ədəd köməkçi fond.

  Ekspozisiya haqqında qısa məlumat:

  Muzeyin aşağidaki nümayiş otaqlari gələn qonaqlarin istifadəsinə verilmişdir:   1. Etnoqrafik otaq, qəhrəmanın doğulub boya başa çatdığı mühiti əks etdirir.2. H.Aslanovun Bakı və Leninqrad hərbi məktəblərində təhsil illəri və    Finlandiya ilə olan müharibədə iştirakı. 3.Moskva və Stalinqrad döyüşlərinə həsr olunmuş. 4. Pribaltika və Belarusiya uğrunda gedən döyüşlərdə iştirakı. 5. Ev muzeyinə verilən hədiyyələr və qəhrəmanın döyüş paltarları.

 

Muzeyin fondunun əsasını  təşkil  edən eksponatlar haqqında qısa  məlumat:

Muzeyin binası bir mərtəbəli açıq eyvanlı həyət evidir. Geniş yaşıllıqlı həyətyanı sahəsi  vardır. Muzey eksponatlarının ümumi sayı 2012 ədəddir.  Xatirə əşyalarından qeneralın hərbi geyimi, sırıqlı şalvarı, əl dəsmalı, yorğança, süfrə, məişət əşyaları, 2 boşqab, fincan, üzqırxan tualet dəsti, bıçaq, qaşıq, stolüstü saat, hərbi çanta, çaynik, qəndqabı, yağqabı, 1 ədəd məktub, 2 ədəd teleqram və s. qorunub saxlanılır. H.Aslanovun ev muzeyi 38 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində muzeyi 650 mindən artıq tamaşaçı ziyarət  etmişdir. Muzeyə dünyanın bir çox yerlərindən Amerika, Norvec, Kanada, Fransa, Bolqarıstan, Latviya, Litva, Kuba, Rusiya, Polşa, Türkiyyə, Ukrayna   və s. ölkələrdən qonaqlar gəlmişdir.1985-ci il  faşizm üzərində qələbənin 40   illiyi münasibəti ilə H.Aslanovun ev muzeyi “Hərbi vətənpərvərlik sahəsində    səmərəli işinə görə ”SSSR-i Mədəniyyət Nazirliyinin diplomuna layiq  görülmüşdür. 2010-cu ilin yanvar ayında muzeydə tam rekonstruksiya işləri aparılmış və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni müasir tələblərə cavab verən ekspozisiya qurulmuşdur.  

Ünvanı: Lənkəran şəhəri, İsmət Qayıbov küçəsi 19.

Telefon nömrəsi və kod:  0-2525-5-37-20

Muzeyin yaranma tarixi: 1969-cu il.