1. Kəşkül (orta əsrlər) inv.№ 2149/T539.

Ağacdan hazırlanmışdır. Dərvişlər qəsidələr oxuyarkən səs bərk çıxsın deyə ağızlarına tutarmışlar. Sonra isə tamaşaçılar içinə pul atarmışlar.

 

2. Daş həvəngdəstə (daş dövrü) inv.№ 4339/T 1087.

Daşdan yonulmuşdur. Əti döymək üçün və meyvəni əzərək suyunu süzmək üçün istifadə olunurmuş.

 

3. Tunc Çıraq (tunc dövrü) inv.№ 1067/T328.

Üzərində quş təsviri həkk olunub. Qədim qəbirdən tapılmışdır. Qədimdə insanlar dəfn olunarkən onlarla birlikdə məişət əşyalarıda qoyularmış. Bitkilərdən hazırlanmış yağla alışdırılarmış.

 

4. Şarlı lampa 19-cu əsrə aiddir inv.№ 2071/E 515.

Çində hazırlanmışdır.

 

5. Samovar 19-cu əsrə aiddir inv.№ 3019/T 715.

Bürüncdən hazırlanmışdır.

 

6. Manqal 19-cu əsrə aiddir inv.№ 293/T 328.

Misdən hazırlanmışdır Lənkəran misgərlərinin əl işidir. Əsasən ev qızdırmaq üçün istifadə olunmuşdur.

 

7. Sərpuş 19-cu əsrə aiddir inv.№ 4486.

Misdən hazırlanmışdır, qədimdə xörək süfrəyə gətirilərkən isti qalsın deyə üstünə qoyarmışlar.

 

9. Dəmir lampa 18-ci əsrə aiddir inv.№ 718/T 219.

Üstü naxışlarla bəzədilmişdir.

 

10. Cəhrə 18-ci əsrə aiddir inv.№ 1275/T 400.

Yundan sap almaq üçün istifadə olunub.

11. Məfrəş 19-cu əsrə aiddir inv.№ 4699/T 1266.

Qədimdə çamodan funksiyasını daşıyıb və yük yığmaq üçün istifadə olunub.

 

12. Çıraq (orta əsrlər) inv.№ 62/T 23.

 

13. Çıraq bayır üçün (orta əsrlər) inv.№ 64/T 24.

 

14. Yağ qabı 19-cu əsrə aiddir inv.№ 4409/T 1109.

 

15. Silsilə (boğazaltı bəzək əşyası) inv.№ 3376/T 778.

 

16. Gümüş əşyalar

 

17. Asmalıq inv.№ 3375/T 777.

18. Su qabı 19-cu əsrə aiddir inv.№ 4498/T 1137.

Misdən hazırlanmışdır, üzərində döymə naxışlarla bəzədilmişdir.

19. Qəlyan 19-cu əsrə aiddir inv.№ 1832/T 470.

Rəngli şüşələrdən hazırlanmışdır.

20. Çarıq (orta əsrlər)  inv.№ 283/T 99.

Heyvan dərisindən tikilmiş kəndli ayaqqabısı.

21. Qılınc tünc dövrünə aiddir inv.№ 36/A 22.

Soyuq silah kimi istifadə olunmuşdur.

22. Böyük küp (orta əsrlər) inv.№ 3384/T 786.

Qədimdə torpağın altında məhsulun saxlanılması üçün istifadə olunub.

23. Xış 18-ci əsrə aid kənd təsərrüfatı aləti. Torpaq şumlananda iri buynuzlu heyvanlara qoşulur.

24. Həvəngdəstə (orta əsrlər) inv.№ 5239/T 1138.

Bürüncdən hazırlanmışdır,

25. At bəzəyi (orta əsrlər) inv.№ 2505/T 605.

Yun sapdan toxunulmuşdur, toy mərasimlərində atları bəzəmək üçün istifadə olunmuşdur.

26. Mücrü  19-cu əsrə aiddir inv.№ 4470/T 1107.

Cənub bölgəsində məhşur din xadimi olan Mirzə Məmmədhüseyn Axundun şəxsi əşyası olmuşdur. Dini kitablar saxlamaq üçün istifadə olunmuşdur.

27. Meh 19-cu əsrə aiddir inv.№ 3748/T 890.

Misdən hazırlanmışdır, qızılgül ləçəklərindən gülab hazırlamaq üçün istifadə olunur.