Normativ hüquqi sənədlər

«KİTABXANA İŞİ HAQQINDA»

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Bu Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması mühafizəsi tələblərini, kitabxanaların maliyyələşdirilmə mənbələrini, kitabxanalardan istifadə sahəsində vətəndaşların hüquq vəzifələrini, kitabxana işisahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir.
I FƏSİL 

ÜMUMİ MÜDDƏALAR 

 

Maddə 1. Əsas anlayışlar 

 

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

kitabxana elm, informasiya, mədəniyyət, təhsil tərbiyə müəssisəsi kimi çap əsərlərini digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual mənəvi potensialının inkişafına xidmət göstərən sosial institut;

kitabxana işi elm, informasiya, mədəniyyət, təhsil tərbiyə fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili inkişafını, kitabxana fondlarının formalaşdırılmasını, hüquqi fiziki şəxslərə kitabxana, informasiya biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik təminatını əhatə edən fəaliyyət sahəsi;

kitabxanaçı kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq ixtisaslı mütəxəssis;

sənəd informasiyanın mətn, səsyazma təsvir formasında qeydə alınan, müəyyən zaman məkan daxilində informasiyanın verilməsi ya qorunması məqsədini daşıyan maddi obyekt;

kitabxana fəaliyyəti oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə həyata keçirilən fəaliyyət;

mərkəzləşdirilmiş kitabxana sistemləri eyni sistemə aid olan kitabxanaların vahid strukturda Könüllü birləşməsi;

kitabxana fondu ictimai istifadə məqsədilə kitabxananın vəzifələrinə uyğun şəkildə formalaşmış çap əsərləri digər məlumat daşıyıcılarının məcmusu.

 

Maddə 2. Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi 

Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

 

Maddə 3. Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri dövlətin vəzifələri 

 

Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

kitabxanalarda mühafizə olunan mədəni sərvətlərdən informasiya vasitələrindən istifadənin hamı üçün acıq olması;

milli sərvət olan kitabxanalara dövlət qayğısı, onların fondlarının toxunulmazlığı üstün maliyyələşdirilməsi.

Kitabxana işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

kitabxana işinin inkişafına dair Dövlət Proqramının hazırlanması həyata keçirilməsi;

kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul tətbiq edilməsi;

kitabxana işinin avtomatlaşdırılması kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən (internetdən s) istifadə milli fondların həmin sistemlərdə əks olunması;

milli dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması;

dövlət kitabxana fondlarının mühafizəsi inkişafı, dövlət kitabxanalarının milli xarici ədəbiyyatla ardıcıl təchizatı sisteminin yaradılması;

xarici ölkə kitabxanalarında saxlanılan milli sərvət hesab olunan nadir kitabların əlyazmaların (imkan olmadıqda surətlərinin) Azərbaycan Respublikasına qaytarılmasının təmin olunması;

dövlət kitabxana binalarının tikilməsi, əsaslı təmiri, dövlət kitabxanalarının müasir avadanlıq texniki vasitələrlə təchiz edilməsi;

kitabxana işinə dair elmi tədqiqatların metodik tədbirlərin həyata keçirilməsinə köməklik göstərilməsi;

kitabxana kadrları hazırlayan ya onların ixtisasının artırılmasını həyata keçirən təhsil müəssisələrinin yaradılması fəaliyyətinin təşkili;

təbii fəlakət, silahlı münaqişə müharibə zamanı kitabxana fondlarının mühafizəsinin təmin olunması;

qeyri-dövlət kitabxanalarının inkişafına şərait yaradılması;

kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması;

kitabxana fondlarının statistik uçotunun aparılması;

 

Maddə 4. Kitabxana fəaliyyətinin əsas istiqamətləri 

 

Kitabxana fəaliyyətinin əsas istiqamətləri sənəd-informasiya fondlarının formalaşmasından, mühafizəsindən bu materialların hüquqi fiziki şəxslərə istifadəyə verilməsindən, kitabxanalarda toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya məkanının yaradılmasından ibarətdir.

II FƏSİL

 

KİTABXANA SİSTEMİ 

 

Maddə 5. Kitabxana sisteminin təşkilinin əsasları

 

Azərbaycan Respublikasında kitabxana sistemini ərazi, idarə, idarələrarası, sahəvi, sahələrarası kompleks xidmət prinsiplərinə əsaslanan universal, ixtisaslaşdırılmış dövlət qeyri-dövlət kitabxanaları təşkil edir.

Maddə 6. Kitabxana sisteminin tərkibi 

 

Azərbaycan Respublikasında kitabxana sisteminin tərkibinə dövlət qeyri-dövlət kitabxanaları daxildir.

Dövlət kitabxanalarına aşağıdakılar daxildir:

Milli Kitabxana;

Naxçıvan Muxtar Respublikasının dövlət kitabxanası;

şəhər, rayon, qəsəbə, kənd kitabxanaları (kütləvi, elmi, xüsusi kitabxanalar, gənclər, uşaqlar, korlar üçün sair kitabxanalar) onların filialları, mərkəzləşdirilmiş kitabxana sistemləri;

respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar;

dövlət, idarə, müəssisə təşkilatların kitabxanaları;

Azərbaycan Elmlər Akademiyasının mərkəzi elmi kitabxanası onun filialları;

dövlət təhsil müəssisələrinin kitabxanaları.

Qeyri-dövlət kitabxanalarına aşağıdakılar daxildir:

bələdiyyə kitabxanaları;

ictimai birliklərin kitabxanaları;

özəl digər kitabxanalar;

xarici hüquqi fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş kitabxanalar.

 

Maddə 7. Milli Kitabxana 

 

Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən mədəniyyət xəzinəsi dövlət kitab saxlayıcısıdır.

Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiya kitabşünaslıq sahəsində elmi-tədqiqat işləri üzrə aparıcı müəssisə əlaqələndirici, ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli tövsiyə biblioqrafiyası, beynəlxalq ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.

Milli Kitabxana müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan əsasnaməyə uyğun fəaliyyət göstərir.

Milli Kitabxananın fondu əmlakı milli sərvət hesab olunan xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərəfindən qorunur.

Milli Kitabxana statusuna malik olan kitabxanaların işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən edilir.

Milli Kitabxananı ləğv etmək, mülkiyyət formasını dəyişmək qadağandır.

Milli Kitabxanaya əvəzsiz müddətsiz istifadə üçün qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahəsi verilə bilər.

Maddə 8. Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar

 

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar elm sahəsinə görə ixtisaslaşdırılan, milli xarici ədəbiyyat fondlarına malik olan baş kitabxana-biblioqrafiya informasiya müəssisələridir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar müvafiq sahədə fəaliyyət göstərən digər kitabxanalar üçün informasiya kitabxanalararası abonement metodik mərkəz funksiyasını yerinə yetirir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların fəaliyyəti bu Qanunla digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların, Azərbaycan Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının onun filiallarının, Bakı Dövlət Universiteti kitabxanasının işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən edilir.

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların statusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 9. Kitabxanaların digər informasiya orqanları ilə əlaqələri 

 

Kitabxanalar sənəd-informasiya ehtiyatlarından səmərəli istifadə məqsədilə elmi-texniki digər informasiya orqanları, arxivlər, başqa idarə müəssisələrlə qarşılıqlı əlaqə yaradır. Bu əlaqələr birgə fəaliyyət proqramları müqavilələr əsasında həyata keçirilir.

 

Maddə 10. Kitabxanaların yaradılması yenidən təşkili 

Dövlət qeyri-dövlət kitabxanaları Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada yaradılır yenidən təşkil olunur.

Dövlət kitabxanalarının müvəqqəti olaraq köçürülməsinə müstəsna hallarda (təbii fəlakət, silahlı münaqişə, müharibə təhlükəsi s) müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.

 

Maddə 11. Kitabxanaların özəlləşdirilməsi icarəyə verilməsi 

 

Tipindən, tabeçiliyindən asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən kitabxanaların (kitabxanalarda saxlanılan sərvətlərin, onların yerləşdiyi binaların sahələrin) özəlləşdirilməsi icarəyə verilməsi profilinə müvafiq olaraq qanunvericiliyə uyğun həyata keçirilir.

 

III FƏSİL

KİTABXANA FONDU

Maddə 12. Kitabxana fondunun tərkibi

 

Kitabxana fondunun tərkibinə kitab, jurnal, qəzet, digər çap məhsulları, audiovizual və texniki vasitələrlə oxunan materiallar, əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir.

Kitabxana fondları universal, sahəvi, çoxsahəli, ixtisaslaşdırılmış ola bilər.

 

Maddə 13. Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu

 

Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu kitabxanalararası əlaqələndirilmiş komplektləşdirmə, qarşılıqlı istifadə, depozitar mühafizə mübadilə prinsipləri əsasında təşkil edilən, məlumat-axtarış sisteminə malik olan kitabxana fondlarından ibarətdir.

Kitabxanalarda olan nadir qiymətli nəşrlər, xüsusi kolleksiyalar qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilir xüsusi rejimdə mühafizə olunur. Onların mühafizəsi lazımi qaydada təmin edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən digər kitabxanaya verilə bilər.

Azərbaycan Respublikası Dövlət Kitabxana Fondu dövlət mülkiyyətidir.

 

Maddə 14. Kitabxana fondlarının təchizatı

 

Kitabxanalar dövlət qeyri-dövlət nəşriyyatları tərəfindən buraxılan, profilinə uyğun çap məhsullarını digər informasiya daşıyıcılarını birinci növbədə almaq hüququna malikdir.

Bu hüquq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada kitabxana kollektoru, kitab ticarəti müəssisələri, nəşriyyat orqanları, ayrı-ayrı şəxslərlə aparılan müvafiq əməliyyatlar, məcburi nüsxələrin alınması, abunə, bağışlanma vərəsəlik əsasında miras qalmış nəşrlərin verilməsi, habelə beynəlxalq ölkədaxili kitab mübadiləsi yolu ilə təmin edilir.

Təhsil müəssisələri kitabxanalarının dərsliklərlə komplektləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalarla tənzimlənir.

Müvafiq icra hakimiyyəti orqanları tabeçiliyində olan kitabxana fondlarının yeni nəşrlərlə komplektləşdirilməsinə vəsait ayırırlar.

 

Maddə 15. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı 

 

Milli Kitabxana, qanunvericilik müvafiq icra hakimiyyəti orqanlarının kitabxanaları, respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar Bakı Dövlət Universitetinin kitabxanası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ölkədə nəşr edilən çap məhsullarının məcburi nüsxələrini almaq hüququna malikdir.

Dövlət qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri digər hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından Milli Kitabxanaya 4 pulsuz məcburi nüsxə, qanunvericilik müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına, respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalara, Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına Bakı Dövlət Universitetinin kitabxanasına profilinə uyğun olaraq 2 pulsuz nüsxə, Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet jurnal reaksiyaları isə 2 pulsuz məcburi nüsxə göndərməlidirlər.

Maddə 16. Kitabxanaların mübadilə fondları

Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil olmayan çap məhsulları digər materiallar müəyyən olunmuş qaydada bir kitabxanadan digərinə əvəzsiz verilə bilər.

Qeyri-profil, dublet, nisbətən az istifadə edilən, habelə mübadilə fondu üçün ayrılan çap əsərləri kitabxananın digər sənədləri həmin fonda verilir.

Müvafiq icra hakimiyyəti orqanları beynəlxalq ölkədaxili kitab mübadiləsini həyata keçirən kitabxanaların mübadilə fondları üçün əlavə kitab alınmasına vəsait ayırırlar.

 

Maddə 17. Depozitar kitabxanalar 

 

Dövlət kitabxanalarında oxucular tərəfindən nadir hallarda istifadə edilən, lakin elmi, tarixi bədii əhəmiyyətini saxlayan nəşrlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada depozitar fondlara verilir.

 

Maddə 18. Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi onlardan istifadə edilməsi

 

Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin digər materialların uçotu, mühafizəsi istifadəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

 

Maddə 19. Dövlət kitabxana fonduna vurulmuş ziyana görə məsuliyyət

 

Dövlət kitabxana fonduna vurulmuş ziyana görə hüquqi fiziki şəxslər yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla vurulmuş ziyanın 10 misli həcmində maddi məsuliyyət daşıyırlar.

İtirilmiş yararsız vəziyyətə salınmış çap əsərləri digər materiallar kitabxana ilə razılıq əsasında başqa müvafiq çap əsərləri materiallarla əvəz edilə bilər. Bu qayda Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilən nadir nüsxələrə şamil edilmir.

Nadir nüsxələr fonduna uçotu, mühafizəsi istifadə qaydalarının pozulmasına görə kitabxana işçiləri qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

IV FƏSİL

 

KİTABXANA XİDMƏTİNİN TƏŞKİLİ

 

Maddə 20. Kitabxana xidməti onun vəzifəsi

 

Kitabxanalar çap əsərlərindən digər informasiya daşıyıcılarından səmərəli istifadə etmək məqsədilə kompleks kitabxana, biblioqrafiya informasiya xidmətləri göstərir.

Bu xidmətlər abonentləri ədəbiyyat informasiya ilə təmin etmək, informasiya daşıyıcılarının seçilməsində kömək göstərmək məqsədi daşıyır.

Kitabxana xidməti abonement, qiraət zalı, kitabxanalararası beynəlxalq abonement, biblioqrafiya, elmi-texniki informasiya, fərdi kütləvi, yazılı şifahi, stasionar qeyri-stasionar, qiyabi, kompleks vasitələrlə təşkil edilir.

Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanması, qorunması gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil yaradıcı düşünən vətəndaş yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir.

 

Maddə 21. Kitabxanaların hüquqları

 

Kitabxanaların hüquqları aşağıdakılardır:

 

Nizamnamələrində göstərilən məqsəd vəzifələrin həyata keçirilməsi üsullarını formalarını müəyyənləşdirmək;

kitabxana fondunun komplektləşdirmə mənbələrini müəyyənləşdirmək;

köhnəlmiş ya yararsız hala düşmüş kitabları qanunvericilikdə müəyyən olunmuş qaydada kitabxananın fondundan çıxarmaq;

fiziki hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın ödənilməsini qanunvericilikdə müəyyən olunmuş qaydada tələb etmək:

kitabxana birliklərinin yaradılmasında iştirak etmək:

beynəlxalq kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana, biblioqrafiya informasiya sahəsində keçirilən tədbirlərdə iştirak etmək.

 

Maddə 22. Kitabxanaların vəzifələri

 

Kitabxanalar oxucuların mədəniyyət təsisatları mədəniyyət sərvətlərindən istifadə etmək hüquqları, habelə məlumat əldə etmək azadlığını təmin etməli, onların kitabxana fondlarından tam istifadə etməsi üçün hər cür şərait yaratmalıdırlar.

 

Maddə 23. Kitabxanalardan istifadə sahəsində oxucuların hüquq vəzifələri

 

Azərbaycan Respublikasında hər kəsin kitabxanalardan istifadə etmək hüququ vardır.

Kitabxanalardan istifadə qaydaları göstərilən xidmətlər kitabxanaların nizamnamələri müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilir.

Oxucuların kitabxanalardan istifadə hüquqlarını məhdudlaşdırmaq qadağandır.

Oxucular istifadə qaydalarına əməl etməli, kitab fonduna qayğı ilə yanaşmalı, çap materiallarının digər vəsaitlərin itirilməsinə ya yararsız hala salınmasına yol verməməlidirlər.

V FƏSİL

 

KİTABXANA İŞİNİN İDARƏ OLUNMASI

Maddə 24. Kitabxana işinə dövlət idarəetməsi

 

Azərbaycan Respublikasında kitabxana işinə dövlət idarəetməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

 

Maddə 25. Kitabxana işində ictimaiyyətin iştirakı

 

Dövlət qeyri-dövlət orqanları, kitabxana işi sahəsində ictimai birliklər, hüquqi fiziki şəxslər, kitabxana fondlarının zənginləşdirilməsi, oxuculara xidmət işinin təkmilləşdirilməsi, kitabxanaçılıq proqramlarının tədbirlərinin hazırlanması həyata keçirilməsində iştirak edirlər.

 

Maddə 26. Kitabxana işinin elmi-metodik kadr təminatı

 

Mülkiyyət formasından asılı olmayaraq kitabxanaların elmi-metodik təminatı Milli Kitabxana elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar tərəfindən həyata keçirilir.

Elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar kitabşünaslığa, biblioqrafiyaya informasiyaya dair metodik materiallar nəşr edir, kitabxanaçılıq nəzəriyyəsi təcrübəsində mütərəqqi üsullarını ümumiləşdirib tətbiq edir, kadrların ixtisasının artırılmasını təmin edir.

Kitabxanaların kadr təminatında müvafiq peşə-ixtisas təhsili olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda müvafiq peşə-ixtisas təhsili olmayan, ancaq yüksək təcrübəyə kitabxanada çoxillik stajına malik olan mütəxəssislər kitabxanada işləyə bilərlər.

 

Maddə 27. Kitabxanaların maliyyələşdirilməsi

 

Dövlət kitabxanaları büdcədən maliyyələşdirilən təşkilatların tabeçiliyində olan kitabxanalar dövlət büdcəsi vəsaitləri, hüquqi fiziki şəxslərin könüllü ayırmaları qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir;

Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab fondlarının komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca maddədə göstərilməli bu vəsait müntəzəm olaraq artırılmalıdır. Ayrılmış vəsait kitabxanaların sərəncamında qalır onların nizamnamə fəaliyyətini həyata keçirmək üçün istifadə edilir.

İdarə, müəssisə təşkilatların, habelə ictimai birliklərin kitabxanaları təsisçilərinin vəsaitləri hesabına maliyyələşdirilir.

 

Maddə 28. Dövlət kitabxanalarının büdcədənkənar vəsaitləri

Dövlət kitabxanalarının işinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi əməyin stimullaşdırılması məqsədilə nizamnamələrində göstərilən qaydada təsərrüfat fəaliyyəti pullu xidmət əsasında büdcədənkənar fondlar formalaşdırılır.

Dövlət kitabxanalarında pullu xidmət yalnız əlavə etmək şərti tələb edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən xüsusi xidmət növlərinə aid edilir.

 

Maddə 29. Kitabxanaların inkişaf fondu

 

Kitabxanaların maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə dövlət qeyri-dövlət inkişaf fondları təsis edilə bilər. Bu fondlar təsisçilərin payları, hüquq fiziki şəxslərin könüllü ayırmaları, qanunvericilikdə müəyyən olunmuş qaydada keçirilən lotereya digər məqsədli kommersiya tədbirlərindən daxil olan vəsaitlər hesabına yaradılır.

 

Maddə 30. Kitabxanaların maddi-texniki təchizatı

Kitabxanalar kitab fondunun saxlanması oxuculara xidmət etmək üçün xüsusi layihə ilə tikilmiş binalarla kitabxana işini avtomatlaşdırmaq üçün zəruri vasitələrlə təmin edilməlidirlər.

 

Maddə 31. Kitabxanaların əmlakı təsərrüfat fəaliyyəti

 

Kitabxana onun mülkiyyətində olan ya idarəçiliyinə verilmiş əmlakdan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadə edir.

Xidmət fəaliyyətini genişləndirmək məqsədilə dövlət kitabxanalarına torpaq sahələri əlavə binalar ayrıla bilər.

Kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə uyğun olaraq təsərrüfat fəalliyəti ilə məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsait bütövlükdə kitabxananın sərəncamında qalır.

 

Maddə 32. Kitabxana işçilərinin sosial müdafiəsi

 

Dövlət kitabxana işçilərinin sosial müdafiəsinə təminat verir.

 

Kitabxana işçilərinin əmək haqları elm təhsil sahələri işçilərinin əmək haqlarından aşağı olmamalıdır.

Kitabxanaların statusu, spesifik xüsusiyyətləri nəzərə alınmaqla işçilərə əmək haqqından əlavə digər ödənişlər tətbiq edilə bilər.

Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə təşkilatlar öz tabeçiliyində olan kitabxanaların işçilərinə əlavə kompensasiyalar müəyyən edə bilərlər.

Kitabxana işçiləri öz peşə sosial hüquqlarını təmin etmək məqsədilə qanunvericilikdə müəyyən olunmuş qaydada ictimai birliklər yarada bilərlər.

 

VI FƏSİL

 

YEKUN MÜDDƏALARI

Maddə 33. Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq

Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir.

Kitabxanalar kitabxana işi sahəsində ictimai birliklər beynəlxalq kitabxana təşkilatları, xarici ölkələrin kitabxanaları kitabxana işi sahəsində ictimai birliklər ilə əməkdaşlıq əldə edə bilərlər.

 

Maddə 34. Bu Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunun pozulmasında təqsirli olan hüquqi fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 1998-ci il

 

Metodik vəsaitlər Ağstafa rayon MKS-nin Məlumat-Biblioqrafiya Şöbəsi tərəfindən hazırlanmışdır.


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi sistemindəki şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında Əsasnamə
Mərkəzləşdirilmiş Kitabxana Sistemi - Eyni sistemə aid olan kitabxanaları vahid strukturda özündə könüllü birləşdirən şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemi (bundan sonra - MKS) dövlət mədəniyyət sisteminə və dövlətin mülkiyyətinə daxil olan mədəniyyət təsisatıdır.

Kitab abidələri haqqında Əsasnamə
Kitab abidələri - kitabxana, tarix-diyarşünaslıq, ev muzeyləri və s.) fondunda, habelə şəxsi kitabxanalarda saxlanılan xüsusi əhəmiyyətli çap sənəd­lə­ri, nadir kitablar, əlyazmalar, diyarşünaslığa aid nəşrlər, xəritələr, açıqcalar, poçt markaları, notlar, müəlliflərin sağlığında yazdıqları avtoqraflı kitablar və s.

2015-ci ilədək Azərbaycan Respublikasında kütləvi kitabxanalar şəbəkəsinin inkişaf konsepsiyası
2015-ci ilədək Azərbaycan Respublikasında kütləvi kitabxanalar şəbəkəsinin inkişaf konsepsiyasının əsas metodoloji müddəaları

kitabxana işi haqqında qanun.doc
Microsoft Word документ 131.5 KB
tarixi abiələrin qorunması haqqında qanu
Microsoft Word документ 135.0 KB
mədəniyyət və turizm nazirliyi haqqında
Microsoft Word документ 98.5 KB
turizm naqqında qanun.doc
Microsoft Word документ 122.0 KB

folklor nümünələrinin qorunması haqqında
Microsoft Word документ 85.5 KB
muzeylər haqqında qanun.doc
Microsoft Word документ 121.0 KB
kinomatoqrafiya haqqinda qanun.doc
Microsoft Word документ 86.5 KB