“Milli mətbuat günü” ilə bağlı Mərkəzi kitabxanada tədbir təşkil olundu

Mərkəzi kitabxanada Milli mətbuat və jurnalıstika günü ilə bağlı fəal oxucuların iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Azərbaycanda mətbuatın yaranması və inkişafı yolu haqqında məlumat verilmiş, müasir cəmiyyətimizdə mətbuatın rolu və dövlət tərəfindən bu sahəyə olan diqqət və qayğıdan söhbət açılmışdır.            

Hüquq aylığı çərçivəsində növbəti tədbir təşkil olundu

 

22 iyun tarixində Mərkəzi kitabxanada  “İnsan Hüquqları Aylığı” çərçivəsində Mərkəzi kitabxana və Cəzaçəkmiş qadınların cəmiyyətə qayıtması ictimayi birliyi tərəfindən maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbir çərçivəsində müasir cəmiyyətimizdə qender məsələləri, ailə-məişət problemləri və onların həlli yolları, beynəlxalq qanunvericiliydə qadın hüquqları və sair mövzülar ətrafında müzakirələr aparılmışdır.

Lənkəran Mərkəzi kitabxanasında “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir təşkil olundu

“İnsan Hüquqları Aylığı” çərçivəsində Lənkəran Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən hər il olduğu kimi bir sıra tədbirlər keçirilmişdir. Belə ki, 03 iyun tarixində MKS-in uşaq şöbəsində “Uşaq hüquqlarının müdafiəsi” mövzüsunda valideyn və məktəbli oxucularla görüş keçirilmişdir. Tədbirdə uşaq hüquqları haqqında geniş məlumatlar verilmiş, maarifləndirmə işləri aparılmışdır. 04 iyun 2013-cü il tarixində Mərkəzi kitabxanada  “İnsan Hüquqları Aylığı” çərçivəsində “Sənin hüququn Sənin haqqındır” başlığı altında kitab sərgisi qurulmuş, kitabxananın fəal oxucularının iştirakı ilə mühazirə oxunmuşdur. Tədbir çərçivəsində iştirakçılara BMT-nin İnsan Hüquqları konvensiyası, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə müvəkkili (OMBUSDMAN) haqqında Qanununun müddəaları izah olunmuş, bu sahədə respublikamızda aparılan işlər və qanunvericilik bazası haqqında geniş məlumatlar verilmişdir. Bu səpkidə işlər davam etdiriləcəkdir.

Lənkəranda İlk çay yığımı ilə bağlı “Çay bayramı” təşkil olundu

22 may tarixində ilk dəfə olaraq Lənkəranın Vilvan kəndində çay plantasiyasında ilk çay yığımının başlaması ilə bağlı “Çay bayramı” təşkil olundu. Tədbirdə Lənkəran ŞİH Başçısı cənab Taleh Qaraşov iştirak etdi. Rəsmi hissədən sonra rayonun Boladi kənd folklor evinin “Kinəlim” folklor kollektivi, Separadi kənd folklor evinin “Nənələr” folklor kollektivi və yerli sənətkarların ifasında maraqlı konsert proqramı təqdim olundu.

9 May Qələbə günü ilə bağlı Lənkəranda tədbirlər təşkil olundu

09 may tarixində Həzi Aslanovun abidəsi önündə “9 May Qələbə günü” ilə bağlı ədəbi-bədii kompozisiya təşkil olundu. Tədbirdə vətənə, qələbəyə həsr olunmuş mahnı və şerlər ifa olundu. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab T.Qaraşov, müharibə veteranları və rayon ictimayyəti iştirak etdi.

Həmin gün Gərmətük qəsəbəsidə yerləşən Böyük vətən müharibəsinə həsr olunmuş abidə kompleksinin qarşısında bayram tədbiri təşkil olundu. Eyni zamanda Lənkəran şəhər Həzi Aslanovun ev muzeyində ədəbi-bədii kompozisiya təqdim olundu. Günün ikinci yarısında şəhər Veteranlar klubunda vetranlar üçün bayram tədbiri və yemək süfrəsi təşkil olundu. Mərkəzi kitabxanada Qələbə günü ilə bağlı kitab sərgisi təşkil olunmuş, məlumat bülletenləri hazırlanıb paylanmışdır.

 

Lənkəran Mərkəzi kitabxanasında “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Vİ respublika ənənəvi kitab bayramı keçirildi

06 may 2013-cü il tarixində Lənkəran şəhər Mərkəzi kitabxanasının qarşısında  Mədəniyyət və Turizm şöbəsi və Mərkəzi kitabxana tərəfindən Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Vİ respublika ənənəvi kitab bayramı təşkil olundu. .

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Validə Məmmədova açaraq  Ulu öndər Heydər Əliyevin kitabxana sahəsinə olan diqqət və qayğısından və xüsusi ilə son dövürlərdə bu sahədə qazanılan uğurlar və yeniliklər barədə məlumat verdi.

 Tədbirdə çıxış edən rayon ağsaqqalları Kamal Kələntərli, Sərhad Məmmədov, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru Hacı Mirhaşim Talışlı, Yazıçı İltifat Saleh, Filologiya elmləri doktoru Yədulla Ağazadə, MİHİ-nın Lənkəran şöbəsinin sədri Elduzə Əhmədova, şair Ağamir Cavad və digər ziyalılar müstəqil Azərbaycan respublikasının banisi Heydər Əliyev haqqında, müasir cəmiyyətimizdə kitabın rolu haqqında  danışdılar.

Tədbirin bədii hissəsində maraqlı  konsert proqramı təqdim olundu, məktəb şagirdlərinin ifasında şürlər səsləndirildi. Tədbirin sonunda kitab sərgisi ilə tanışlıq oldu. Tədbir bir saat yarım davam etdi və ATV, Az tv, ANS, Cənub telekanalları tərəfindən işıqlandırıldı..

 

Lənkəranda “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Musiqi bayramı keçirildi

04 may 2013-cü il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konfrans və Musiqi bayramı təşkil olundu .

Tədbiri giriş sözü ilə Lənkəran ŞİH Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli açaraq  Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışdı. Sonra çıxış edən Lənkəran Şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vasif Fərzullayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəniyyət sahəsində gördüyü işlər haqqında məlumat verdi. Tədbirdə çıxış edən Lənkəran rayon ağsaqqallar şurasının sədr müavini Sərhad Məmmədov Ulu öndərlə işlədiyi dövürlər haqqında söhbət açdı.

Tədbirin bədii hissəsində C.Cabbarlı  və H.Rzayeva adına uşaq musiqi məktəblərinin muğam şöbələrinin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı təqdim olundu. Tədbir bir saat yarım davam etdi. Saat 12 30 da Mərkəzi kitabxananın qarşısında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yubileyi ilə bağlı onun ədəbi irsini təbliğ edən kitabların sərgisi təşkil olunmuşdur.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı MKS-in uşaq şöbəsində tədbir təşkil olundu

02 may 2013-cü il tarixində tədbirlər planına uyğun olaraq MKS-in uşaq şöbəsində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir təşkil olundu. Tədbirdə uşaqların ifasında Heydər babaya həsr olunmuş şerlər ifa olundu, uşaqlar arasında viktorina və rəsm müsabiqəsi keçirildi.

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyi ilə bağlı “Zərif əllərin payladığı nur” mövzüsunda mərkəzi kitabxanada kitab sərgisi və oxucularla görüş keçir

26 aprel 2013-cü il tarixində Mərkəzi kitabxanada Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyi münasibətiylə  “Zərif əllərin payladığı nur” mövzüsunda kitab sərgisi və oxucularla görüş təşkil olundu. İlk əvvəl tədbir iştirakçıları “Zərif əllərin payladığı nur” mövzüsunda təşkil olunmuş kitab sərgisi ilə tanış oldular. Sonra kinorejjisor V.Mustafayevin ekranlaşdırdığı “Əsl məhəbbət haqqında” sənədli filmin nümayişi oldu. Tədbirin rəsmi hissəsini MKS-in direktoru Validə Məmmədova açaraq Akademik Zərifə xanım Əliyevanın həyat yolu haqqında məlumat verdi. Tədbirdə iştirak edən Lənkəran şəhər uşaq sağlamlıq mərkəzinin həkimi Yeganə Quliyeva akademik Zərifə xanım Əliyevanın tibb sahəsində göstərdiyi nailiyyətlər barədə oxuculara geniş məlumat verdi. Tədbirdə çıxış edən Siddiqə Rzayeva, Dadaşlı Elnurə akademik Zərifə xanım Əliyevanın gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı olmasını bir daha vurğuladılar.

 

26 fevral Xocalı soyqırımı ilə bağlı anım tədbiri təşkil olundu

Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı 26 fevral tarixində Mərkəzi kitabxanada anım mərasimi təşkil olunmuşdur. Tədbir çərçivəsində kitabxananın foyesində bu qanlı faciəyə həsr olunmuş nəşrlərin sərgisi və eyni zamanda uşaq rəsm məktəbi və Dövlət Rəsm Qalereyası tərəfindən “Xocalı harayı” başlığı altında rəsm sərgisi təşkil olunmuşdur. Mərkəzi kitabxan tərəfindən Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı məlumat bülletenləri hazırlanıb oxuculara paylanmışdır. Eyni zamanda Ləj kənd sənətkarlıq klubunda “Xocalı soyqırımını unutmayaq” devizi altında anım mərasimi təşkil olunmuş, Tarix-diyarşünaslıq və H.Aslanovun ev muzeyində açq qapı günü keçirilmişdir. Bu gün muzeylərə gələn ziyarətçilərə Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verilmişdir. C.Cabbarlı adına və H.Rzayeva adına uşaq musiqi və uşaq rəssamlıq məktəblərində Xocalı soyqırımı ilə bağlı açıq dərslər keçirilmişdir. Mədəniyyət və Turizm şöbəsi tərəfindən Soyqırım abidəsi önündə matəm musiqilərinin verilməsi təşkil olundu.