Həqiqət Rzayeva adına Uşaq musiqi məktəbi  

Ünvanı: Lənkəran şəhəri, Paşa Təhməzov küçəsi-12 A.

Telefon nömrəsi: 0-171-5-43-45, 0-171-5-35-41

 Məktəbin yaranma tarixi: 1977-ci il. Uşaq və yeniyetmələrinbədii-estetik zövqünq formalaşdıran, ibtidayi musiqi təhsili müəssisəsidir. Həqiqət Rzayeva adına Lənkəran Şəhər 2 saylı Uşaq musiqi məktəbi 1977-ci ildən fəaliyyət göstərilir, 295 şagird, 53 müəllim vardır. Məktəbdə fortepiyano, skripka, tar, kamança, balaban, qarmon, nağara və xanəndəlik ixtisasları üzrə dərslər keçirilir. Məktəbin ayrıca xalq çalgı alətləri, qarmonçalanlar, balaban çalanlar ansamblı, 100 nəfərdən ibarət uşaq xoru, vokal qrupu, və uşaq folklor kollektivi vardır.


 Məktəbin nəaliyyətləri: Məktəb 1993-cü ildə Bakı şəhərində keçirilən Azərbaycan Respublikasının gənc musiqiçi ifaçılarının Azər Zeynallı adına 1 müsabiqəsində müvəffəqiyyətlə çıxış etdiyinə görə məktəbin fortepiyano ixtisası üzrə Vİ sinif şagirdi Yusubova Vüsalə musabiqənin laureatı fəxri adına layiq görülmüşdür. 1999-cu ildə Respublika Mədəniyyət Nazirliyininkeçirdiyi “Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin respublika müsabiqəsi” də balaban ixtisası üzrə məktəbin İV-cü sinif şagirdi Abbasov Famil müsabiqənin İİ mükafatı və laureatı, fortepiano ixtisası üzrə Vİİ sinif Şagirdi Qədirova Aynur və tar ixtisası üzrə İİİ sinif şagirdi Heseynov Ruslan həmin müsabiqənin diplomantı adına layiq görülmüşlər. 31 yanvar 2001-ci il tarixdə Respublika Gənclər, İdman və Turizm Nazirliyinin Bakıda keçirdiyi “Respubliuka uşaq folklor musiqi festivalı” nda məktəbin “Uşaq Folklor kollektivi” festivalın diplomuna layiq görülmüşdür. Məktəbdə tez-tez Azərbaycan, Avropa və dünya klassik bəstəkarlarının həyat və yaradıcılığına həsr olunmuş musiqili-bədii gecələr keçirilir. 2005-ci ilin may ayında keçirilmiş “ Milli Musiqi Alətləri İfaçılarının Respublika Müsabiqəsində” yüksək ifaçılıq nümayiş etdirdiklərinə görə məktəbin V-ci sinif şagirdləri Ağayev Şövqi və Fərəcov Xətai həmin musabiqənin İ-ci dərəcəli diplomu, laureatı və pul mükafatına layiq görülmüşlər. 2006-cı ilin may ayında Bakıda keçirilən “Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin İV Respublika müsabiqəsi”ndə yüksək fəaliyyətlə çıxış etdiklərinə görə məktəbin xor kollektivi müsabiqənin İİ-ci dərəcəli diplomu və 400 manat pul mükafatı ilə təltif olunmuşlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 mart 2007-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının xalq artisti Milli opera ifaçılığı sənətinin tanınmış nümayəndəsi Həqiqət Rzayevanın anadan olmasının 100 illik yubileyinin keçirilməsi qərara alınmışdır. Bu Sərəncama əsasən bir sıra silsilə tədbirlər keçirilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev məktəbimizdə olmuş, kollektivlə görüşmüş və məktəbin nailiyyətləri ilə tanış olmuşdur. Məktəbin işindən razı qalan Nazir kollektivimizə gələcəkdə yeni-yeni uğurlar arzulamışdır.

 

Cəfər Cabbarlı adına 1 saylı Uşaq musiqi məktəbi  

 Ünvanı: Lənkəran şəhəri, M. Nəsirli küçəsi-6.Telefon nömrəsi: 0-171-5-25-09

Məktəbin yaranma tarixi: 1957-ci il. Uşaq və yeniyetmələrinbədii-estetik zövqünq formalaşdıran, ibtidayi musiqi təhsili müəssisəsidir.


Məktəbin nailiyyətləri: Azərbaycan Respublikasının gənc musiqi ifaçılarının Asəf Zeynallı adına  1-ci müsabiqəsində yüksək ifaçılıq məharəti nümayiş etdirdiyinə görə C. Cabbarlı adına məktəbin şagirdi balaban üzrə III-cü dərəcəli diplomla təltif olunmuş və müsabiqənin laureatı adına layiq görülmüşdür. Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin Respublika müsabiqəsində, məktəbin şagirdləri: Əmirzadə Camal-tar, Qasımov Natiq-balaban üzrə müsabiqənin laureatı adına layiq görülmüşlər və İİ-yer tutmuşlar. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi “Uşaq muğam ifaçılarının Respublika müsabiqəsində məktəbin şagirdi Cabbarzadə Pərviz xanəndə kimi İİİ-cü Respublika müsabiqəsinin diplomu ilə təltif olub və yekun konsertdə çıxış etmək hüququn qazanmışdır. 16/V/2006-cı il tarixli 167-saylı əmrlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Uşaq musiqi və İncəsənə məktəblərinin xor kollektivlərinin İV-ci Respublika müsabiqəsində C.Cabbarlı adına 1 saylı Uşaq Musiqi məktəbinin müəlliməsi: Salayeva Sevda 100 manat həvəsləndirici mükafat məktəbə isə fəxri fərman verilmişdir və kollektiv yekun konsertində çıxış etmək hüququnu qazanmışdır. 14/V/2007-ci il tarixli 366 sazylı əmrlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivlərinin V-ci Respublika müsabiqəsində müəllimə Salayeva Sevda həvəsləndirici mükafata və 100 manat pulla mükafatlandırılmış, kollektiv isə yekun konsertdə çıxış etmək hüququnu qazanmışdır.

 

Uşaq Rəssamlıq məktəbi 

Ünvanı: Lənkəran şəhəri, T. İsmayilov küçəsi-8.Telefon nömrəsi: 0-171-5-43-89. Məktəbin yaranma tarixi: 1982-ci il

Məktəbin fəaliyyəti:Təsviri incəsənətin tədrisi.


Məktəbin nailiyyətləri: Məktəbdə indiyədək 500 yaxın şagird təhsil alıb. Hal-hazırda məktəbdə 61 şagird təhsil alır. Məktəbin 7 müəllimi 3 texniki işçisi var. Müəllimələrdən Bəşirova Şeyda, Qənbərov Ağamirzə, ağayeva Günay və Sadıxov Tərlan ali təhsilli ixtisaslı müəllimlərdir. Məktəbin şagirdləri müxtəlif beynəlxalq sərgilərdə və respublikada keçirilən rəsm müsabiqələrində iştirak ediblər. Şagirdlərin əl işləri Yaponiyada, Polşada, Türkiyədə, Moskvada, Almaniyada, BƏƏ-də və Bakıda göstərilib. 2003-2004-cü tədris ilində məktəbin şagirdlərindən Əsədli Şəms, Əsədullazadə Hafizə, Mehdiyev Cavid, Qəmbərli Bilal, Hüseynova Gülnar və başqaları diplom və sertifikatlar ilə təltif olunmuşlar. 2004-ildə Ümümazərbaycan uşaq rəsm müsabiqəsində Əsədli Şəms İ yerə, Şahbazov Amid İİ yerə, Hüseynova Gülnar isə İİİ yerə layiq görülmüşlər. 2006-cı il 28 dekabr tarixinə Uşaq Yaradıcılıq Sarayında “Uşaq dünyası” rəsm qalereyasında kerilmiş, “ Azərbaycan Doğma yurdum” mövzusunda Uşaq incəsənət və rəssamlıq məktəbinin şagirdlərinin rəsm əsərlərindən və əl işlərindən ibarət Respublika sərgisində . Hal-hazırda Çində, Misirdə və Hidistanda keçirilən sərgilərdə uşaqlarımızın əsərləri nümayiş olunur.